header

 Yəmən ordusu səud muzdurlarının mövqelərinə raket hücumu edib

Yəmənli mənbələr Əlcuf vilayətində Ərəbistan muzdurlarının toplantı mərkəzinə bir ədəd "Zəlzal-2" raketinin atılmasından xəbər veriblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi bir ədəd "Zəlzal-2" raketi ilə Ərəbistan muzdurlarının "Xabb və Əşşəəf bölgəsindəki toplantı mərkəzini darmadağın edib. Nəticədə bir qrup səud muzduru ölüb və ya yaralanıb.

 

Bir hərbi qaynaq da belə deyib: Yəmənin ordusu və xalq komitələri qüvvələri Həccə vilayətində yerləşən Midi sərhəd məntəqəsinin şimalında səud muzdurlarının bir ədəd avtomobilini məhv ediblər.

 

Yəmənin ordusu və xalq komitələri son həftələrdə Ərəbistanın Cizan və Nəcrandakı sərhəd məntəqələrində səud hərbçilərinin bazaları və mövqelərini ağır raket və artilleria hücumlarına məruz qoyublar. Nəticədə bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.

 

Ərəbistan 2015-ci ilin martından bəri Yəmənə qarşı hücumlar həyata keçirir. Bəhanəsi də, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaqdır. Bu hücumlar Yəmənin infrastrukturlarını dağıtmaqdan əlavə, təqribən 40 min yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib.

Yəmənli mənbələr Əlcuf vilayətində Ərəbistan muzdurlarının toplantı mərkəzinə bir ədəd "Zəlzal-2" raketinin atılmasından xəbər veriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap