Bəhreyn Dini Azadlıqların Müdafiə Mərkəzinin sədri Ayətullah İsa Qasimin sağlamlığı ilə bağlı narahatdır
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Bəhreynin “Salam” İnsan Hüquqları və Demokratiya təşkilatının Dini Azadlıqların Müdafiə Mərkəzinin sədri Seyid Abbas Şübbər ölkə şiələrinin rəhbəri Ayətullah İsa Qasimin sağlamlığı ilə bağlı narahatlığını ifadə edib.
A.Şübbər deyib
ki, Ali Xəlifə rejim qüvələrinin Diraz bölgəsində toplanan insanlara hücumundan
sonra təqribən 80 gündür ki, Ayətullah
İsa Qasim ev dustaqlığında saxlanılır. Ayətullah İsa Qasim həkim müayinəsi və dərmanlardan
məhrum edilib.
Bəhreyn rejimi
Diraz bölgəsində Ayətullah İsa Qasimin evinin ətrafındakı yollarda zirehli
texnika yerləşdirib və sakinlərin gediş-gəlişini qadağan edib. Həmçinin
yollarda yoxlama məntəqələri quraşdırılıb ki, Diraz bölgəsindən çıxmaq istəyən
şəxslər yoxlama məntəqələrində təftiş olunur. / Maide.Az