Sudan xalqı Yəmənə əsgərlərinin göndərilməsinə qarşı çıxıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Sudan xalqı və partiyalarının əksəriyyəti Sudan rəhbərliyi tərəfindən Səudiyyə rejiminə dəstək məqsədilə Yəmənə yeni hərbi qüvvə göndərilməsinə şiddətlə qarşı çıxdılar.
"Əl-Cəzirə" televiziyası
internet səhifəsində yer alan xəbərə istinadən , Sudan Səudiyyə rejiminin təzyiqi
ilə iştirak etdiyi Yəmən təcavüzündən heç bir mənfəət əldə edə bilmədiyi kimi,
hətta maddi zərərə məruz qalmış və bunun üçün də artıq bu koalisiyada yer
almasının heç bir mənası qalmamışdır.
Ummə, Xalq konqresi, Kommunist
partiyası kimi Sudan siyasi partiyalarından bir çoxu ölkələrinin Yəmənə qarşı
müharibəyə qatılmasının qanundan kənar olduğunu və Sudanın bütün dünyada nifrətlə
anılmasına yol açdığını bildirərək, hökumətinin bu mövqeyi ölkənin maraqlarına
zidd olub təsəllisi mümkünsüz tarixi bir səhv olduğunu bildiriblər.
Səudiyyə rejimi bəzi ərəb rejimlərilə
ABŞ-ı da yanına alaraq 2015-ci ilin martayında Yəmənə qarşı hava hücumları
başlatmış və terror təşkilatlarını silahlandıraraq bu ölkəyə hakim edib. Bu
müharibədə indiyə qədər Yəmən xalqından 12 mindən artıq dinc sakin həyatını
itirmiş, ölkənin infrastrukturu xarabaya çevrilmişdir./ İslamazeri.com