header

 Avstriyada müsəlman əhali 2 dəfə artıb

Avstriyada müsəlman əhali 2 dəfə artıb

Müsəlmanlara qarşı İslamofobik davranışlarla gündəmə gələn Avstriyada müsəlman əhalinin sayının artımı artıq narahatlıq yaratmağa başlayıb.

 

Deyerler.org Yeni Akıt-a istinadən xəbər verir ki, Avstriyanın ən çox baxılan xəbər kanallarından olan Servus TV 2001-ci ildən etibarən ölkədəki müsəlmanların sayının iki dəfə artdığını bildirib.

 

Servus TV-də verilən analitik proqramda, 30 il sonra müsəlmanların Avstriyada xristianlarla bərabər saya malik olacağı vurğulanıb.

Avropada hal-hazırda 44 milyon 138 min müsəlman yaşayır. Bu rəqəm 2030-cu ildə 58 milyon 209 minə çatacaq və qitənin əhalisinin 8%-ni təşkil edəcək.

 

Həmçinin bu rəqəmlə Avropa qitəsi hazırda olduğu kimi dünyadakı müsəlmanların 2.7%-ni təşkil etməyə davam edəcək.

Miqrasiyalar səbəbilə müsəlman əhalinin sayında ən çox artım qərbi və şimali Avropada müşahidə ediləcək. Məsələn, Böyük Britaniyada bu gün ölkə əhalisinin 4.2%-ni təşkil edən müsəlmanlar, 2030-cu ildə 8.2%-ə yüksələcək.

 

Avstriya, İsveç, Belçika, Fransa kimi ölkələr də müsəlman əhalinin ciddi səviyyədə artması nəzərdə tutulan ölkələr arasındadır.

Avstriyada müsəlman əhali 2 dəfə artıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap