header

 Həsən Ruhani 3 qadını vitse-prezident və köməkçi təyin etdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani yeni kabinet üzvlərinin adlarını açıqlayıb

Adlar siyahısında 3 qadın vitse-prezident və köməkçi də yer alır.

Belə ki, keçmiş kabinetdə Ətraf Mühit naziri kimi fəaliyyət göstərən Məsumə Əbtəkar İran İslam Respublikası Prezidentinin Qadın və Ailə işləri üzrə vitse-prezident təyin olunub.



 

Bunlardan Tehran Universitetinin hüquq üzrə professoru Layə Cüneydi hüquq işləri üzrə vitse-prezident seçilib. 



 

Digər xanım Şahindoxt Mollaverdi isə insan haqları üzrə prezident köməkçisi təyin olunub.



 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani 17 nəfərdən ibarət olan yeni kabinet siyahısını parlamentə təqdim edib. Siyahıda Elm, Tədqiqat və Texnologiya naziri postunun boş qalması diqqət çəkib. /eastnews

İran İslam Respublikasının prezidenti Həsən Ruhani yeni kabinet üzvlərinin adlarını açıqlayıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap