Rusiya bankı Ərdəbildə 100 milyon dollarlıq sərmayə qoyur
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Rusiyanın Albin bankı Ərdəbil və Səreyn şəhərləri arasında turizm şəhərciyinin yaradılması məqsədi ilə 100 milyon dollarlıq sərmayə qoymaq qərarına gəlib. Bu turizm şəhərciyinin adı "Taysız Savalan" olacaq.
Albin bankının
icraçı müdiri Abdullah Ömərov və Ərdəbilin
Tibb Elmləri Universitetinin nümayəndəsi Əli Lütfi bununla bağlı Moskvada
anlaşma sənədi imzalayıblar.
Həmçinin, İran
və Rusiya nümayəndə heyətləri arasında baş tutan görüşdə əl işləri məhsullarının
və Ərdəbil vilayətində istehsal edilən məhsulların satışı ilə bağlı bir sənəd də
imzalanıb.
Əli Lütfi bu
barədə deyib: Ərdəbil ostanında istehsal edilən məhsulların çeşidli və keyfiyyətli
olmasını nəzərə alaraq, bu məhsullar üçün beynəlxalq bazarların tapılması
istiqamətində lazımi işlər görülməlidir.
Əli Lütfi həmçinin
deyib: Əl işləri sənayesi ilə yanaşı, Rusiyaya satış üzrə anlaşmada digər məhsulların
adları da qeyd olunub. Bu da iki tərəf arasında ticarət sahəsində geniş əməkdaşlıq
imkanı yaratmış olub.
Ərdəbilin Tibb
Universitetinin nümayəndəsi iki tərəf arasında imzalanmış anlaşmanın özəlliyi
barədə deyib: Rusiyanın İrandan aldığı məhsullar Albin Bankın mərkəzi
binasındakı sərgi məkanında nümayişə və satışa çıxarılacaq.