header

 Şeyx Zəkzəkiyə qarşı təxribat

Nigeriya İslami Hərəkatının yüksək səlahiyyətli rəsmilərindən biri Səudiyyə rejiminin bu ölkəyə Şeyx Zəkzəkinin azad edilməməsi üçün təzyiq etdiyini açıqlayıb.

Şeyx Zəkzəkinin son vəziyyətinə dair məlumat almaq üçün Nigeriya İslam Hərəkatının yüksək səlahiyyətli rəsmisi Adəm Suho "Mehrnews"-a müsahibə verib. Müsahibədə verilən suallar və alınan cavablara aşağıdakı kimidir:

 

- Şeyx Zəkzəki ilə həyat yoldaşının son vəziyyəti haqqında bizə daha ətraflı məlumatlar verə bilərsiniz?

- Nigeriya Ali Məhkəməsinin həbsdən azad olunması ilə bağlı verdiyi qərara baxmayaraq, hökumət Şeyxin azadlığa buraxılmasına mane olur. 2 il əvvəlki hücumda sol gözünü itirən Şeyxin sağ gözü də görmə qabiliyyətini itirmək üzrədir. Şeyxin həyat yoldaşının da səhhəti yaxşı deyil, çünki hücumda ona dəymiş güllə hələ də bədənindən çıxarılmayıb.

 

- Nigeriya İslami Hərəkatı yaydığı bəyanatda, Şeyxin bu ölkənin əsgərləri tərəfindən terror edildiyini açıqlamışdı. Bu məsələni necə qiymətləndirirsiniz?

- Bu bəyanatın İslami Hərəkat ilə heç bir əlaqəsi yoxdur və bu cür təşəbbüslərlə hökumət tərəfindən bizə təzyiq edilməsinə səy edilir. Bu bəyanatı açıq aşkar təkzib edirik, amma eyni zamanda Şeyx Zəkzəkiyə qarşı təxribat edildiyinə dair xəbərdarlıq da etmək istəyirəm.

 

- Beynəlxalq ictimaiyyətin Şeyx Zəkzəkinin vəziyyəti haqqında sərgilədiyi sükut mövqeyini necə şərh edirsiniz? İranın bu məsələyə reaksiyası haqqında nə düşünürsünüz?

- Biz bütün beynəlxalq cəmiyyətdən Nigeriya hökumətinə Şeyxi azad etməsi üçün təzyiq etməsini tələb edirik. İran edə biləcəyi qədər bu məsələdə səy göstərir. İran sükut etmədi, ancaq bu ölkənin məhkəmə hakimiyyəti Şeyx Zəkzəki ilə Nigeriya şiələrinin işlərini BMT-də qaldıraraq, qlobal miqyasda araşdırılması imkanına malikdir.

 

- Səudiyyə Ərəbistanı ilə Nigeriya hökuməti arasında hər hansı bir əlaqə varmı?

- Nigeriya prezidenti Səudiyyə rejimi ilə ABŞ-ın maraqları istiqamətində hərəkət edir. Ona görə də, Səudiyyə rejimi onlara Şeyxi azad etməmələri üçün təzyiq göstərir. Bunlara əlavə olaraq, Səudiyyə rejimi Nigeriya ordusuna maddi dəstək verir.

 

- Şeyx Zəkzəki ilə Nigeriya İslam Hərəkatının Fələstin məsələsi və son vaxtlar şahidi olduğumuz Əl-Əqsa məscidi blokadasına qarşı mövqeyi nədir?

- Fələstin məsələsi Şeyx Zəkzəki ilə İslami Hərəkat üçün çox mühümdür və bu istiqamətdə də hər il Qüds günündə minlərlə İslam Hərəkatı üzvü nümayiş keçirərək, Fələstinə dəstək verir.(deyerler.org)

Nigeriya İslami Hərəkatının yüksək səlahiyyətli rəsmilərindən biri Səudiyyə rejiminin bu ölkəyə Şeyx Zəkzəkinin azad edilməməsi üçün təzyiq etdiyini açıqlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap