header

 Ərrəyadın Tehrana qarşı yeni iddiası

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmisi iddia edib ki, İran Səudiyyənin İrandakı səfirliyi və konsulluğunda baş verən hadisə ilə əlaqədar təhqiqatları uzadıb və onu təkmilləşdirməkdən çəkinir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyəli rəsmi bir bəyanat yayaraq iddia edib ki, İran iki il öncə Səudiyyə Ərəbistanının İrandakı səfirlik və konsulluğu binalarına hücum hadisəsindən sonra bu hadisənin səbəblərinin araşdırılması barədə Ərrəyad ilə əməkdaşlıq aparmayıb.

 

Səudiyyəli rəsminin bu ölkənin Tehran və Məşhəddəki diplomatik mərkəzlərinə hücum işi ilə əlaqədar səhlənkarlığa yol verməsinə dair iddiası elə bir şəraitdə irəli surulur ki, həmin hadisədən sonra Tehranın icra başçısının təhlükəsizlik üzrə müavini eləcə də Məşhəddə bir sıra təhlükəsizlik rəsmiləri vəzifələrindən kənarlaşdırıldılar və hadisəni törədən onlarla adam həbs edilərək onların barəsində cinayət işi açıldı.

 

Xatırladaq ki, Səudiyyəli şiə ruhani Şeyx Nemr Baqir Əl-nemrin edam edilməsindən sonra İran ilə Səudiyyə Ərəbistanı əlaqələrində böhran yaranarkən, bir qrup özbaşına hərəkətdə Səudiyyənin İrandakı diplomatik mərkəzlərinə hücum etdi və bu da iki ölkə əlaqələrinin gərginləşməsi ilə nəticələndi.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmisi iddia edib ki, İran Səudiyyənin İrandakı səfirliyi və konsulluğunda baş verən hadisə ilə əlaqədar təhqiqatları uzadıb və onu təkmilləşdirməkdən çəkinir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap