Səudiyyə Ərəbistanına yeni kral başçılıq edə bilər
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
Son aylar Səudiyyə Ərəbistanının kralı Salmanın səhhəti nəzərə çarpacaq qədər pisləşib.
Son aylar Səudiyyə
Ərəbistanının kralı Salmanın səhhəti nəzərə çarpacaq qədər pisləşib. Bunun isə
yaxın zamanda kralın öz taxtından imtina etməsinə səbəb olacağı istisna
edilmir.
Hazırda kral
Salman ibn Əbdül-Əziz əl-Səud məzuniyyətdədir. Məzuniyyət isə artıq 1 aydır
davam edir. Bütün zaman ərzində dövlət başçısının səlahiyyətlərini onun oğlu -
bir neçə həftə öncə vəliəhd şahzadə təyin edilmiş Muhəmməd bin Salman yerinə
yetirir.
Xatırladaq ki,
Muhəmməd bin Salman bu yeni vəzifəsində özündən 26 yaş böyük olan digər vəliəhdin
yerini tutub.
Bəzi KİV-lərin
məlumatına görə isə, keçmiş vəliəhd hazırda ev həbsindədir./ İslamazeri.com