Səud hərbçiləri Ələvamiyyəyə basqın ediblər
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Şənbə günü səud rejimi hərbçilərinin Ərəbistanın şərqində yerləşən Əlşərqiyyə vilayətindəki Ələvamiyyə məntəqəsinə qarşı hücumunda iki yeniyetmə həlak olub.
Ali-Səud hərbçilərinin bu məntəqəyə
qarşı artilleriya hücumunda da azı beş nəfər həlak olub.
Səud hərbçiləri 2017-ci il mayın
onunda Ələvamiyyə məntəqəsinə basqın etdilər. Ali-Səudun bu məntəqəyə hücum
üçün gətirdiyi bəhanə, onun inkişaf etdirilməsi olub.
Ərəbistanın şiə sakinli məntəqələri,
xüsusən Ələvamiyyə məntəqəsi 2011-ci ildən,
Ali-Səud hökmranlarının zülm və istibdadına qarşı xalq etirazları alovlanandan
sonra səud hərbçilərinin qəfil və ardıcıl hücumları səhnəsidir.