İraqçı: Konqresin qərarı, Amerikanın iranlılarla düşmənçiliklərinin davam etməsi deməkdir
Posted on : iran 10/16/2017 1:00:30 PM
Nüvə anlaşmasının icrasının izlənilməsi qərargahının iranlı həmsədri ABŞ konqresinin son qərarını İrana qarşı düşmənçilik hərəkəti adlandırıb və bildirib ki, nüvə anlaşması Amerikanın İran İslam Respublikasına qarşı düşmənçiliyini azaltmaq vəzifəsinə malik deyildi.
Amerika
konqresi son zamanlar İran İslam Respublikasına qarşı əhatəli bir layihə qəbul
etdi.
Seyid Abbas
İraqçı dünən gecə İranın biricni telekanalında gedən verilişdə Amerikanın İran
İslam Respublikası ilə düşmənçiliyinin davam etdiyini və bundan sonra da davam
edəcəyini vurğulayaraq, bildirib ki, İranın Amerikanın düşmənçiliklərilə
mübarizəsi də davam edib və davam edəcəkdir.
"İran
İslam Respublikası 38 ildir Amerikanın düşmənçilikləri qarşısında
dayanıbdır" deyən İran xarici işlər nazirinin müavini qeyd edibdir ki,
müqavimət, İran İslam Respublikasının qüdrət rəmzidir.
Seyid Abbas
İraqçı söyləyib: Tramp və Amerika nüvə anlaşmasını kənara qoymaq ardıncadırlar,
amma vəziyyəti elə formalaşdırmaq istəyirlər ki, İran nüvə anlaşmasını kənara
qoymuş olsun.
İran xarici işlər
nazirinin müavini deyib: İran, mənfəətlərindən istifadə edəcəyi zamanadək nüvə
anlaşmasına sadiq qalacaq. O, vurğulayıb: İran Amerikanın düşmənçiliyini
cavablandıracaq, amma Trampın meydançasında oynamayacaqdır.
İran ilə
altılıq qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra mərhələsinə
daxil olub, ancaq Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim həmin
anlaşmanı pozur.
Birləşmiş
Ştatlar son həftələrdə də nüvə anlaşmasını pozmaq üzrə hərəkətlərinin davamında
bir neçə dəfə iranlı orqan, şirkət və şəxsi müxtəlif bəhanə ilə sanksiya
edibdir.
Vaşinqtonun
Tehrana qarşı bu düşmənçilik hərəkətləri elə bir halda edilir ki, MAQATE, BMT və
Təhlükəsizlik Şurasının hesabatlarının etirafına görə, İran nüvə anlaşması
qarşısındakı bütün öhdəliklərinə daim əməl edibdir.