Qasimi: İran var-gücü ilə öz raket proqramını davam etdirir
Posted on : iran 10/16/2017 1:00:30 PM
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran ABŞ-ın hərəkətinə lazımi reaksiyanı öz haqqı hesab edir və var-gücü ilə öz raket proqramını davam etdirir.
ABŞ Nümayəndələr
Palatası və Senatı səs çoxluğu ilə İran əleyhinə sanksiyaların qəbuluna səs
veriblər və ABŞ Xəzinədarlıq Nazirliyinin sözçüsü Heather Nauert də İranın
Simurq peyk daşıyıcısının nüvə anlaşmasının ruhuna zidd olduğunu iddia edib.
İran XİN
sözçüsü Bəhram Qasimi şənbə günü İRİB-ə müsahibədə ABŞ-ın İran əleyhinə son
sanksiyaları haqda deyib: İranın hərbi və raket proqramı üzrə siyasəti tamamilə
aydındır və başqalarının ona müdaxilə etmək haqqı yoxdur.
Qasimi İranın
müdafiə və raket siyasətlərini ölkənin müdafiəsi və regionun sülhü, təhlükəsizliyi
və stabilliyinə kömək adlandırıb və deyib: İranın raket proqramı qonşular və
başqaları üçün təhlükə deyil. Əksinə İrana təcavüz üçün istənilən ağılsız
düşüncənin qarşısını almaq siyasətidir.
Qasimi ABŞ
Nümayəndələr Palatası və Senatının qərarını İran əleyhinə ötən sanksiyaların
toplusu adlandırıb və deyib: Amerikanın bu hərəkəti, düşmənçilik hərəkətidir, qəbul
edilməzdir və rədd olunur. Bu isə çoxtərəfli və beynəlxalq anlaşma olan nüvə
anlaşmasını zəiflətməyə köklənib.
İran XİN
sözçüsü həmçinin ABŞ-ın İranı terrorizmi dəstəkləməsinə dair ittihamına da
toxunub: İran terrorizmlə mübarizə istiqamətində çoxlu səylər göstərmişdir.
Lakin Amerika regionda stabillik, təhlükəsizlik, sülh və iqtisadi inkişafa
qarşıdır və terrorçuların iştirakı ilə regionu iğtişaşlara sürükləməyə çalışır.