Yəməndən Səud rejiminə qisas zərbəsi
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Yəmən qüvvələri Səud rejiminin təcavüzünə cavab verib.
“ParsToday”-ə
istinadən, ABŞ və Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin cənubunda yerləşən
Taiz əyalətinin əl-Vazaiyyə kvartalının Şaabu rayonuna hava hücumu təşkil edib.
Nəticədə 1 dinc sakin qətlə yetirilib, 2 nəfər isə yaralanıb.
Yəmən ordusu və
xalq könüllülərinin artilleriyası isə Səud rejiminin və onun muzdlularının təcavüzünə
cavab olaraq Səud rejimi qüvvələrinin toplaşdığı yerə zərbə endirib.
Zərbələr Səudiyyə
Ərəbistanın cənubunda yerləşən Nəcran əyalətinin əl-Hədra və Əsir rayonundakı
Ələb məntəqələrinə endirilib.
Digər bir məlumata
görə isə, işğalçı qüvvələrin Taiz əyalətində Yəmən hərbçilərinin bazasına girmək
cəhdinin də qarşısı alınıb. Düşmənin onlarla qüvvəsi məhv edilib və yaralanıb./
İslamazeri