ABŞ İranla nüvə razılaşmasını pozmaq üçün səylərini gücləndirib
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Birləşmiş Ştatlar 2 il öncə İranla imzaladığı nüvə anlaşmasını pozmaq niyyətindədir.
Senatın xarici əlaqələr
komitəsinin sədri Bob Korker Washington Post qəzetinin təşkil etdiyi debatda
ABŞ-ın son zamanlar İrana qarşı yenidən sanksiyaların artırılmasının pərdəarxasına
aydınlıq gətirib.
O deyib: “Biz
işi elə aparmalıyıq ki, İran nüvə anlaşmasını özü pozmuş olsun”.
Senat rəhbərinin
sözlərindən belə anlaşılır ki, onlar yeni sanksiyaları tətbiq etməklə nüvə
anlaşmasının İran tərəfindən pozulması üçün zəmin yaradırlar.
Xatırlatmaq
lazımdır ki, 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə
razılaşmasına əsasən ABŞ, BMT və Avropa ölkələri rəsmi Tehrana qarşı tətbiq
etdikləri bütün sanksiyaları aradan qaldırmalı idi. Ancaq Qərb ölkələri sözügedən
sanksiyaların ləğvi prosesində laqeydlik göstərirlər.
ABŞ-dakı
prezident seçkilərindən sonra da hakimiyyət başına gələn Tramp beynəlxalq
anlaşmanı pozmaq istiqamətində addımlar atmağa başlayıb. Bundan əlavə, insan
haqları və terrorçuluğa dəstək bəhanəsi ilə İrana qarşı yeni sanksiyaları
artırmaqda davam edir. Son sanksiyalara etiraz olaraq isə Fransa hökuməti bəyanat
qəbul edərək bunun nüvə razılaşmasına zidd olduğunu açıqlayıb. / FaktXeber.com