Ermənistan XİN nümayəndəsi: İsrail bizə də silah satmağa hazırdır
Posted on : qafqaz 10/16/2017 1:00:30 PM
İsrail Azərbaycana silah satır və bu, Ermənistana düşmənçilikdən deyil.
News.am-a
istinadəm, bu barədə Ermənistan XİN rəhbərinin
müavini Şavarş Köçəryan bəyan edib.
Onun sözlərinə
görə, Təl-Əvivin bu məsələdə mövqeyi dəfələrlə səsləndirilib: "Onlar hər kəsə,
o cümlədən Ermənistana silah satmağa
hazırdırlar".
Köçəryan həmçinin
bildirib ki, Ermənistan və İsrail xalqları arasında ümumi cəhətlər çox olsa da,
problemli məsələlər də var.
"Ən vacib
məsələ problemdən uzaqlaşmaq yox, onu danışıqlar yolu ilə həll etməkdir",
- deyə o, əlavə edib. / FaktXeber.com