Türkiyə işçi haqlarının tapdalanması siyahısında ilk 10 ölkədən biridir
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Beynəlxalq Konfedrasiyaları İttifaqı 2017-ci il üçün işçi haqlarını araşdırıb
Hesabatda
bildirilib ki, bu il işçilərə şiddət və təzyiqlər dünyada 10 faiz artıb.
Türkiyə işçi
haqlarının ən pis olduğu 10 ölkə arasında göstərilib.
Vurğulanıb ki,
hərbi çevriliş cəhdindən sonra işçilərin hüquqları qorunmayıb və 100 mindən çox
insan işdən çıxarılıb.
Hesabatda diqqətə
çatdırılır ki, 139 ölkədən 50 faizi ifadə, toplaşma və digər azadlıqları ya
tanımır, ya da sərhədləndirir.
“İşçilərin
fiziki şiddət və təhdidə məruz qaldığı ölkə sayı 10 faiz artıb. Həmkarlar
İttifaqı üzvü olanlar Banqladeş, Braziliya, Kolumbiya, Quatemala, Honduras,
İtaliya, Movritaniya, Meksika, Peru, Flippinlər və Venezuella başda olmaqla 11
ölkədə öldürülüblər. Bundan əlavə 2017-ci ildə işçi haqlarına görə ən pis 10
ölkə Banqladeş, Kolumbiya, Misir, Quatemala, Qazaxıstan, Flippinlər, Qətər, Cənubi
Koreya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Flippinlər, Cənubi Koreya və Qazaxıstan bu
siyahıya ilk dəfə 2017-ci ildə daxil olublar”, deyə hesabatda qeyd olunub.
Bundan əlavə
hesabatda ölkələr 97 sırası ilə 1-dən 5-ə qədər nömrələniblər. Bu fakta əsasən
də işçi haqlarının təhlükəsiz olmadığı ölkələr Misir, Türkiyə və Flippinlər
daxil olmaqla 35 ölkədir. /eastnews