Həyatdakı narahatlıqlarımızın səbəbləri
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Bəzən düşünürük ki, həyatda hər bir şeyimiz vardır: maddi imkanımız yaxşıdır, gözəl ailəyə malikik, elmi dərəcəmiz yüksəkdir, ancaq yenə də həyatda aramlığımız yoxdur. Hər günümüz narahatlıqla keçir. Bəs bunun səbəbi nədir?
Əgər bu səbəblər
barəsində düşünsək, görərik ki, bizim narahat olmağımıza səbəb olan amillər
bunlardır:
1. Günah hissi. Bəzən elə günahlar işlədirik ki, düşünürük artıq ona görə tövbə
etmək yersiz olar. Elə bilirik ki, artıq üstündən çox sular keçmişdir. Ona görə
də ruhi əzab çəkirik. Ancaq Quran bu haqda buyurur: “De: “Ey Mənim (günah
vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən
ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta
şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər”
53).
2. İkinci səbəb
isə həyatdan razı qalmamağımızdır. Çünki biz
insanlar daima öz həyatımızı başqalarının həyatı ilə müqayisə edirik. Quran isə
bizə buyurur: “Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram
göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə
izn vermişdir). Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni
alçaltdı» - deyər”. (“Zumər” 15-16).
3. İnsanı ən
çox pərişan edən əsil səbəb isə Allahı unutmaqdır. İnsana mənəvi şadlıq gətirən əməllər – dua, münacat, namazdır. Əgər
insan bu əməllərdən uzaq olarsa və Munisini unudarsa, istər-istəməz həyatı acı
olacaqdır. Həyatın ruhi təzyiqlərinə tab gətirə bilməyəcəkdir. Çünki bu ağır
meydanda onun əsil silahı olan dua və münacat mövcud deyildir. İmam Sadiq (ə)
buyurur: “Allah bəndəsinə ən mühüm vacibat – Allahı yada salmaqdır”.
Yəni, Allahı yada salmaq – vaciblərin də vacibidir. (Tebyan)
Ona görə də deyə
bilərik ki, əgər bu üç səbəbi aradan qaldıra bilsək, həyatdakı
nigarançılıqlarımız və narahatlıqlarımız da xeyli azalar, hətta aradan gedər.
/Deyerler.org/