header

 Yəmən ordusunun raket hücumlarında 100-dən çox Ərəbistan muzdlusu ölüb və yaralanıb

Yəmən ordusu və Ənsarullah qüvvələrinin raket və artilleriya hücumları Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsində yüzdən çox muzdlu qüvvənin ölməsi və yaralanmasına səbəb olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bir yəmənli hərbi mənbə bildirib: Yəmən ordusu və Ənsarullahın raket bölmələri şənbə günü axşam Ələb bazasını "Zilzal2" və "Katyuşa" raketləri ilə hədəfə alıblar. Artilleriya bölməsi də raket hücumu ilə bir vaxtda bu bazaya zərbələr endirib. Nəticədə onlarla Ali-Səud muzduru ölüb və yaralanıb.

 

Yəmən ordusu və Ənsarullahın raket bölmələri şənbə günü Ərəbistan hərbçiləri və Ali-Səud muzdlularının Ələb hərbi bazasının giriş nöqtəsinin şərqində yerləşən mövqelərini 2 ədəd "Uraqan", 1 ədəd "Zilzal2" və bir neçə "Katyuşa" raketi ilə hədəfə alıblar. Bu hücumlarla bir vaxtda düşmən mövqeləri ağır artilleriya atəşinə tutulub.

 

Yəmən ordusunun verdiyi məlumata görə, bu hücumlar Ali-Səud muzdlularına ciddi zərər və ziyanlar yetirib.

 

Yəmənin Əl-Məsirə informasiya kanalı da ordu və xalq qüvvələrinin Ali-Səud muzdlularının Yəmənin Cəvf vilayətindəki mövqelərinə qarşı gözlənilməz hücum həyata keçirməsindən xəbər verib. Bu hücumda bir qrup muzdlu ölürülüb.

Yəmən ordusu və Ənsarullah qüvvələrinin raket və artilleriya hücumları Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsində yüzdən çox muzdlu qüvvənin ölməsi və yaralanmasına səbəb olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap