header

 Qəlblərin ölən zamanında ölməyən qəlb

Qəlblərin ölən günü ölməyən qəlb

Qəlb insanın əsas duyğu mərkəzidir. Demək olar ki, insanı araşdıran bütün sahələr, başqa formalarda da olsa bütün insanlığın qəlbdə cəm olduğunu vurğulayırlar. Təbii ki, qəlb deyəndə insanın ürək orqanı nəzərdə tutulmur. Qəlb sanki, insanın bütün hisslərinin mərkəzi anlamındadır.

 

Qurani Kərimdə də Allah Tشala qəlbə işarə edərək, günahkarların qəlblərinin xəstə olduğunu buyuraraq onları belə məzəmmət edir:

 

Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə-10)

 

Qurani Kərimə əsasən insanın əzab və zəlalətə düşməsinin əsas səbəbi qəlbidir. Yəni qəlbinin kin-küdurətlə, nifaqla dolmasıdır. Təbii ki, nifaqla dolu qəlb sahibindən saleh əməl baş verməz. İnsanın zəlalətdən nicatı üçün ilk öncə qəlbinin “sağalması” lazımdır. Qəlbinin “diri” olması lazımdır.

 

İmam Rza (ə) buyurub: Bizim sünəmizin ihya olunduğu məclislərdə oturan şəxsin qəlbi, qəlblərin ölən günündə ölməz (Bihar-44. Səh-278).

 

İmam Sadiq (ə) buyurub: Bizim yolumuzu, sünnəmizi diri tutun! Kimi bunu etsə Allah ona rəhm etsin (Vəsailiş-Şiə. Cild-10. Bab 66).

 

Həmd olsun Allaha Əhli Beyti (ə) tantmağla bizə minnət qoydu.

 

Y.Nuriyev / İslaminSesi.info

Qəlblərin ölən günü ölməyən qəlb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap