İran Prezidenti: Təəssüf olsun ki, bəzi tərəflər verdiyi sözlərə əməl etmirlər
Posted on : iran 10/16/2017 1:00:32 PM
"Tərəflər sazişi pozmadığı ana qədər biz də verdiyimiz sözlərə sadiq qalacağıq"
İran Prezidenti Həsən Ruhani Avropa
İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi,
Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerinini qəbul edib.
“Farsnews”-a istinadən, Ruhaninin
andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Federika Moqerini bu
gün İran prezidentilə görüşüb.
İran və Avropa Birliyinin son 4 ildə
həmkarlıq və əlaqələr baxımından müsbət və mühüm addımlar atdığını deyənn Həsən
Ruhani bildirib:
“Dünyanın, xüsusən Orta Şərqin bu
qalmaqallı dönəmində bu cür addımların atılması olduqca əhəmiyyətlidir.
İranla 5+1 ölkələri arasında əldə
olunan nüvə razılığı çox önəmlidir. AB bu razılığın ərsəyə gəlməsində mühüm
rola sahibdir. İİR nüvə razılığına daim sadiq qalıb və tərəflər bunu pozmadığı
ana qədər biz də verdiyimiz sözlərə sadiq qalacağıq.
Təəssüf olsun
ki, bəzi tərəflər verdiyi sözlərə əməl etmirlər. Razılığın mühüm bir hissəsi
iqtisadi əlaqələr, bank və ticari fəaliyyətlərlə bağlıdır. Bu məsələlər təcili
olaraq praktiki surətdə həyata keçirilməlidir.”/ İslamazeri.com