Yəməndə vəba epidemiyası qurbanlarının sayı 2 minə çatır
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Yəmənin sabiq səhiyyə naziri Nasir Baaum ölkədə vəba epidemiyası nəticəsidə 1890 nəfərin həlak olduğunu bəyan edib
Nazirin sözlərinə
görə, bu rəqəmə aprelin sonundan başlayaraq Yəmənin bütün vilayətlərində baş
verən ölüm halları daxildir. Epidemiyanın ən çox yayılması Amran, Həccə, İbb, Səna, Hudayda əyalətlərində
olub.
Daha öncə
Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ilin aprelin 27-dən (xəstəliyin
yayılmasının əvvəlindən) iyulun 19-dək Yəmən 23 vilayətindən 21-də 368 mindən
çox vəbaya yoluxma halları şübhəsinin və 1828 ölüm hallarının qeydə alındığını
bildirmişdi./ İslaminSesi