Rusiya və İran ABŞ-ın yeni sanksiya qərarından sonra hərbi əməkdaşlığını gücləndirəcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Rusiya və İran ABŞ-ın yeni sanksiya qərarından sonra hərbi əməkdaşlığını gücləndirəcək
Rusiya Baş
nazirinin müavini Dmitri Roqozinin ofisindən bir mənbə Rusiya və İranın ABŞ rəhbərliyinin
özlərinə qarşı yeni sanksiya qərarından sonra hərbi və texniki əməkdaşlığı gücləndirmək
qərarı verdiyini söyləyib.
Adının açıqlanmasını
istəməyən mənbənin dediyinə görə, Roqozin bu gün səfər edəcəyi Tehranda İran
müdafiə naziri Hüseyn Dehqan ilə yeni silah müqavilələrini müzakirə edəcək.
Roqozinin
Tehran səfəri mayda növbəti dövr üçün İran Prezidenti seçilən Həsən Ruhaninin vəzifəsinə
başlama mərasiminə təsadüf edəcək.
Xatırladaq ki,
Tramp ABŞ Konqresindən veto qoya bilməyəcəyi bir səs çoxluğuyla keçən Rusiya,
İran və Şimali Koreyaya qarşı sanksiya layihəsini bu həftə qəbul etmişdi./ eastnews