header

 Həbs edilən İŞİD-çilər: Azərbaycanlı və mərakeşli terrorçulardan təlim almışıq

Suriya tәhlükәsizlik qüvvələri Hama şəhərində elə keçirdiyi 3 İŞİD üzvünün etiraflarını televiziya vasitəsiylə yayımlayıblar

Terrorçular Mahmud İbrahim Hamad әl Şeyxani vә Abdürrahman Mahmut Hammud oxşar etiraflar edәrәk bildiriblәr ki, silahlardan istifadә vә hәrbi tәlimlәr onlara Mərakeş vә Azәrbaycandan olan terroristlәr tәrәfindәn verilmişdir.

 

1987-ci il təvəllüdlü Abdürrahman Mahmud Hammud həmçinin etiraf edib ki, İŞİD sıralarında kifayət qədər Türkiyə,Səudiyyə Ərəbistanı, Tunis və Azərbaycandan olan terrorçular var.

 

Terrorçular ifadələrində bildiriblər ki, onlar partlayıcı kәmәr vә canlı bomba üzrә tәlim alıblar və xüsusi  әmәliyyatlar üçün hazırlanıblar. Hama şәhәrindә çoxlu sayda dinc әhalinin qәtlә yetirilmәsi mәqsәdilә buraya göndәrildiklәrini qeyd edәn İŞİD üzvlәri planlaşdırılmış şәkildә üç canlı bombanın şәhәrә göndәrildiyini bildirmişdirlәr.

 

Hәlәb şәhәrinә göndәrilәn 15 yaşlı terrorist Ammar Abdülgani Hammo isә etiraflarında onlara eyni mәzhәbdәn olmayan insanların kafir vә terrorist olduqlarının öyrәdildiyini deyib.


Suriya tәhlükәsizlik qüvvələri Hama şəhərində elə keçirdiyi 3 İŞİD üzvünün etiraflarını televiziya vasitəsiylə yayımlayıblar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap