ABŞ vitse-prezidenti: Sanksiyalardan sonra Rusiya İrana dəstəyinə son qoyacağını ümid edirik
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
ABŞ vitse-prezidenti Rusiyaya qarşı sanksiyaların bu ölkənin İrana olan dəstəyinə son qoymasına səbəb olacağına inandığını bildirib.
“CNN”-ə istinadən,
bu barədə açıqlama verən Mayk Pens bildirib: “Tramp və mən Rusiyanın Ukrayna məsələsi
barədə, İran və Şimali Koreyaya dəstəyi barədə olan rəftarlarının dəyişəcəyinə
ümidvarıq. Belə düşünürük ki, Rusiya öz rəftarlarını dəyişərsə bizim beynəlxalq
əlaqələrimiz düzələcəkdir.”
ABŞ və Şimali
Koreya arasında olan konfiliktlərə də toxunan Pens “Biz Şimali Koreyanı zəiflətmək
üçün əlimizdən gələni edəcəyik. Bu ölkənin təhrik edici addımları qəbul
olunmazdır və bizim qəsdimiz budur ki, bölgə və dünya ölkələrinin dəstəyi ilə
Şimali Koreyanı iqtisadi və diplomatik baxımdan zəiflədək.”, -deyə əlavə edib. / İslamazeri.com