header

 “Ərəb dördlüyü” Türkiyənin “yardım əlindən” imtina etdi

“Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan başqa heç bir vasitəçi yoxdur."

Rus mediasına istinadən verdiyi xəbərə əsasən, iyun ayının 5-i Qətərlə münasibətlərinə xitam vermiş ərəb 4-lüyü rəsmi Doha ilə olan böhranın  həlli prosesində vasitəçi kimi çıxış etmək istəyən Türkiyə və ABŞ-ın “yardım əlindən” imtina edib.

 

Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vasitəçi qismində ancaq Küveyti görürlər.

 

“Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan başqa heç bir vasitəçi yoxdur. O, böhranın ən əvvəlindən bu qismdə çıxış edir. Hər kəs də onu dəstəkləyir. Ümid edirik ki, onun missiyası uğurla nəticələnəcək.”, - deyə o bildirib.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə və ABŞ Qətər böhranının həllində vasitəçi kimi çıxış etmək istədiklərini dilə gətirib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Reks Tillerson bu məqsədlə bir sıra Yaxın Şərq ölkələrini ziyarət ediblər.

./ İslamazeri.com

“Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan başqa heç bir vasitəçi yoxdur."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap