Azərbaycan respublikasının israilli deputatı?
Posted on : qafqaz 10/16/2017 1:00:29 PM
Azərbaycan respublikasının israilli deputatı?
Azərbaycan respublikası milli məclisinin deputatı və bu ölkənin
sionist rejimi ilə parlamentlər arası dostluq qrupunun sədri “Yevda Abramov”
son vaxtlar ölkəmizin dövlətini siyasətsizlikdə ittiham etmiş Azərbaycan
respublikasının milli maraqlarını diqqətdə saxlamaqdansa Qüds işğalçı rejimin mənafeyindən
çıxış etmiş və qəsbkar rejimi regionda ön plana çəkmişdir. Siyasət dünyasının
acı gülüşlərindən biri də budur ki, bir ölkənin milli məclisinin insan hüququ
komissiyasının müavini vəzifəsini daşıyan bir şəxs hərbi əlaqələrin inkişafı və
insan hüququna zidd olan sionist İsraildən silah almaqdan danışır və işğal
olunmuş ərazilərdəki həqiqətlərə göz yumur. Eləcə də sionist dairələrdən asılı
olan və həmişə İranı Azərbaycan respublikasına qarşı təhrik etmək və bu iki ölkə
əlaqələrini arxa plana sürükləmək istəyən bəzi mediyalar bu kimi sözlərə əsaslanaraq
sionist rejimin Azərbaycan respublikası ilə əməkdaşlığını ön plana çəkmək təşəbbüsündədirlər.
Azərbaycan respublikasının qeyrətli xalqı və ürəkyandıran rəsmiləri yaxşı
bilirlər ki, uşaq öldürən rejim nə Azərbaycan respublikasının kiçik bir azlıq təşkil
edən yəhudilərinin fikrindədir, nə də bu ölkə ilə dostluq münasibətini inkişaf
etdirmək əzmindədirlər. Sionist rejimin bütün fikri öz həyatını davam etdirmək
üçün ayrıların evində münaqişə və böhran yaratmaqdır. Bu da İran islam
respublikası ilə düşmənçilik mövqeyindən irəli gəlir. Buna görə də Azərbaycan
respublikası ilə şum əlaqə yaratmağı düşünür. Əslində Azərbaycan respublikası
ilə əlaqələri inkişaf etdirmək təşəbbüsü əlaqə prinsipi və bu ölkəyə dostluq
göstərməyə əsaslanmır, İran islam respublikasına düşmənçilik və nifrətindən irəli
gəlir. Qüdsü işğal edənrejim İran – Azərbaycan əlaqəgərini xəbisliklə izləyir və
çalışır ki, analoji vəziyyət yaradıb İran – Azərbaycan əlaqələrinə dair əməkdaşlıq
sahəsində xələl yaratsın. Onun qabarıq nümunəsi təxrib məqsədi və İran islam
respublikası ilə Azərbaycan respublikası arasında tibbi əməkdaşlığı ikinci
plana sürükləyən Hurev tibb qrupudur. İranın dövlət adamlarının siyasi və idarəedicilik
bacarığına gəldikdə isə Abramov cənablarını gözəl Azərbaycan ölkəsini seyr etməyə,
iranlıların tarixi və sənət abidələrinə baxmağa, farsdilli kitabələrə və Nizami
Gəncəvinin divanına ötəri bir nəzər etməyə dəvət edirik ki, bununla da İran
siyasətçilərinin Azərbaycan xalqı ilə həmrəylik bacarığına daha çox vaqif
olsun. Abramovun tarixi və müasir yaddaşını aydınlaşdırmaq üçün İranın 5+1
qrupu ilə apardığı nüvə mazakirəsini nəzərdən keçirməsi də yaxşı olardı. Dost və
düşmənin dediyinə görə bu müzakirələr ikinci dünya müharibəsindən sonra ən mürəkkəb
və ən yorucu diplomatik müzakirə sayılır. İran islam respublikası ölkələrin
hakimiyyəti və ərazi bötüvlüyünə hörmətlə yanaşaraq həmişə vurğulamışdır ki,
Qrabağ münaqişəsi müzakirə yolu ilə, dinc şəkildə və kanstruktiv mövqelə həll
olunmalıdır və Azərbaycan respublikası və Ermənistan bəzi ölkələrin Qrabağ
böhranından oyun kartı kimi istifadə etmələrinə və bu bəhanə ilə onların maddi
və insan resurslarını talamalarına yol
verməməlidirlər. Özlərini dost göstərən düşmənlər də bilməlidirlər ki, Azərbaycan
respublikasının tarixi ümumi İran tarixinin mühüm hissəsidir. Onların
arasındakı köklü mədəni, sivilizasiya və din ortaqlıqları iki milləti elə
qovuşdurmuşdur ki, xələl yaratmaq olmaz.
Azərbaycan respublikası əhalisinin inkişafı və səadəti,
istiqlaliyyəti və milli hakimiyyətinin qoruub saxlanılması hər bir iranlının səmimi
arzusudur. Tarix göstərmişdir ki, İran islam respublikası Azərbaycan
respublikası ilə dostluğunda israrlı olub və olacaqdır.