header

 Sionist rejimin naziri Səudiyyə kralını İsrailə rəsmi səfərə dəvət edib

İsrail-Səudiyyə əlaqələrinin yeni mərhələsi özünü göstərməyə başlayır, Sionist rejimin naziri Səudiyyə kralını İsrailə səfərə dəvət edib

 İsrailin Kənd təsərrüfatı naziri, sabiq Kəşfiyyat və Nəqliyyat naziri İsrael Kaç Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizi İsrailə rəsmi səfərə dəvət edib.

 

İ.Kaç həmçinin Səudiyyə kralından istəyib ki Benyamin Netanyahunu da ər-Riyada rəsmi səfərə dəvət etsin.

 

Sionist rejimin naziri siyasi və strateji araşdırmalarla bağlı keçirilən konfrans zamanı heç bir öncül şərt olmadan Körfəzdəki Ərəb ölkələri ilə əlaqələrin normallaşdırılmasını istəyib. O bildirib ki, ərəb dövlətləri ilə yaxınlıq və əlaqələrin normallaşdırılması israilliləri də sülh prosesinə ümidvar edəcək.

 

O əlavə edib ki, İsrail, İrana qarşı, Səudiyyə və Körfəz ölkələrinin təhlükəsizlik və kəşfiyyat məsələlərində şəriki ola bilər, o şərtlə ki qarşı tərəf də (körfəz ərəb ölkələri) İsraillə əlaqələri normallaşdırsın.

 

“Hamı bilməlidir ki, İsrailin iştirakı olmadan bölgədə təhlükəsizlik  mümkün deyil. Əgər İsrail güclü olarsa siz (Körfəz Ərəb ölkələri) də güclü olacaqsınız. Biz güclü olarıqsa bu İranın zəifləməyi demək olacaq” deyə Sionist rejimin naziri Körfəz Ərəb ölkələrinə dostluq mesajı göndərib.

İsrail-Səudiyyə əlaqələrinin yeni mərhələsi özünü göstərməyə başlayır, Sionist rejimin naziri Səudiyyə kralını İsrailə səfərə dəvət edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap