İraq ordusundan İŞİD-ə ağır zərbələr
Posted on : Digər sahələr 10/16/2017 12:59:39 PM
Ordu qüvvələri həmçinin, Tikrit şəhərinin ətrafındakı Hayy Əl-Kadisiyə qəsəbəsini də tamamilə terrorçulardan təmizləyib
Tashaio.com-un İraq mətbuatına istinadən
xəbər verir ki,İraq ordusu xalq qüvvələrinin dəstəyi ilə İraqın devrilmiş
diktatoru Səddamın doğulduğu Tikrittə, tikinti idarəsinə aid binanı
terrorçulardan azad edərək bölgəni terrorçulardan təmizləyib.
Ordu qüvvələri həmçinin, Tikrit şəhərinin ətrafındakı Hayy Əl-Kadisiyə qəsəbəsini
də tamamilə terrorçulardan təmizləyib.
Digər məlumata görə, Amerikanın döyüş təyyarələri Tikrit şəhərində xalq qüvvələrinin
mövqelərini bombalayıb. Həmin hücumlarda azı 10 nəfər yaralanıb.Bombalanan xalq
qüvvələrinin mövqeləri ilə "İŞİD" terror təşkilatının mövqeləri
arasında azı 3 km-ə qədər məsafənin olduğu bildirilir.
İraq rəsmiləri, İraq ordusunun Səlahəddin əyalətinin mərkəzi Tikrit şəhərini
terrorçulardan təmizləmə əməliyyatının sürətlə davam etdiyini bildiriblər.