Ərdoğan buna görə İrana gedir
Posted on : Ərdəbil 10/16/2017 1:00:28 PM
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı aylarda İrana səfər edəcək
Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin deyib.
O bildirib ki, Ərdoğanın səfəri Həsən Ruhaninin andiçmə mərasimindən
və yeni hökumət kabinetini formalaşdırmasından sonra baş tutacaq.
Səfir səfər çərçivəsində Tehranda Türkiyə-İran Ali Səviyyəli
Əməkdaşlıq Şurasının 4-cü toplantısının keçiriləcəyini də vurğulayıb.
Qeyd edək ki, hal-hazırda Türkiyə ilə İranın ticarət həcmi
11 milyard dollar təşkil edir.
Tərəflər bu rəqəmi 30 milyarda qaldırmağı hədəfləyir.