Ərdəbil imamcüməsi: İŞİD, Sipahın raketlə qulaqburması vermək səviyyəsində deyildir
Posted on : Ərdəbil 10/16/2017 1:00:28 PM
Müsəlmanların Qüdsü azad etməkdəki uğursuzluğunun əsas səbəbi islam ölkələri başçılarının xəyanətidir
Tashaio.com-Vəli-Fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbilin imamcüməsi
bu həftənin cümə namazı xütbələrində əhaliyə Qüds yürüşü münasibətilə təşəkkür
edib bildirmişdir: əyalət əhalisi epik xarakterli yürüşdə iştirak etməklə ən
böyük bəsirət, mərifət, atifə, həmrəylik və insan düşmənlərinə nifrət nümayiş
etdirmişdir. Onlar bu işlə vicdan və həzrət-həq qarşısında islam və insanlıq
dünyasının ən böyük probleminə laqeyd qalmadıqlarını sübut etdilər. Ayətüllah
Amili həzrətləri artırmışdır: millətimizi tanımaq istəyən hər bir şəxs
inqilabın nüfuzunu və rəhbərliyin əzəmətini görsün. Millətimizin birliyini, həmrəyliyini
və qüdrətini görsün. Inqilabın hədəfləri uğrunda göstərdiyi müqavimətə baxsın.
Bu yürüşü seyr etsin. Müxtəlif kanal və saytlara ağır vəsait xərcləyən Amerika
çəkdiyi xərclərin nəticəsi olub olmadığını bilmək istəsə bu yürüşü görsün. Əyalətin
xibrələr məclisindəki nümayəndəsi xütbələrin digər hissəsində bildirmişdir:
sipahın raket qüdrəti ölkəmizin təhlükəsizlik əmsalını son dərəcə yüksəltmişdir.
Əvvəla belə bir məsaj verdi ki, İranın təhlükəsizliyi ilə oynamağın xərci ağırdır.
Demək düşmənin tamah dişini çəkdi ki, millətimizə cəsarət göstərən olmasın.
Ikincisi, İŞİD, Sipahın raketlə qulaqburması vermək səviyyəsində deyildir.
Sipah onların ərbab və himayədarlarına mesaj verdi ki, “kafirlər üçün də elədir”.
Düşünülmüş şəkildə raketdən istifadə etdi ki, İranın son dərəcə bacarıqlı
olduğunu İŞİD-i göndərənlərə göstərsin. Üçüncüsü, bu təşəbbüs İranın hərbi qüdrət
və biliyinin yüksək səviyyədə olduğunu göstərdi. İranın öz silahı ilə bu kimi
işlər görməsi blokada şəraitində öz ayağı üstündə dura bilməsini və ən qüdrətli
hərbi texnologiyasına əl tapdığını göstərdi. Məlumdur ki, belə bir təşəbbüs
üçün çox mürəkkəb bilik lazımdır. Dördüncüsü, əsas məsələmiz İsrailin istənilən
nöqtəsini və eləcə də Amerikanın asılı ölkələrdəki hərbi bazalarını nişan almaq
bacarığını nümayiş etdirməkdir. Buna görə də onların ürəklərinə dəhşət
çökmüşdür. Amerika senatının Sipahın tutum və bacarığını nişan alan
embarqosundan iki gün sonra raketlərin atılması mənalıdır. Amerikanın İranın
raket proqramlarının ləğvini vurğuladığı bir vaxtda raket təşəbbüsü daha çox mənalıdır.
Ərdəbilin cümə xətibi artırmışdır: biz, islam inqilabına millətimizə izzət bəxş
etdiyinə görə minnətdar olmalıyıq. Bir vaxt tikanlı məftil istehsal etməkdən
belə aciz idik. Indi isə sərhədlərimizdən kilometrlərlə kənardan olan hədələri
aradan apaarırıq. Əyalətin ümumi mədəniyyət şurasının rəisi Ədliyyə qüvvəsi həftəsi
münasibətilə bu qüvvəyə ədalətin həyata keçirilməsi və düşmənçiliyin aradan
qaldırmasındakı roluna görə təşəkkür etmişdir. O, xütbələrin digər hissəsində
bilsirmişdir: bu il də ötən illər kimi Fitir bayramından sonra əyalətimizə
turist axını başlanacaqdır. Yaxşı olardı ki, həm məsullar, həm də əhali həmvətənlərimizin
rifahı üçün çalışsınlar və onlarla xoş davransınlar. O, əhalidən istəmişdir ki,
yay mövsümü ərzində əyalətin turizm mərkəzlərində, təbiətdə, xüsusilə meşələrdə
gəzintiyə çıxarkən zibil torbaları götürsünlər və zibilləri təbiətə tullamaqdan
çıkinsinlər. Ərdəbil imamcüməsi eləcə də Qədr gecələri yığıncaqlarını əzizləyərək
demişdir: Məhərrəm və Qədr gecəsi yığıncaqları əyalətimizin əhalisinin əhlibeytə
və Qurana ədəb göstərməsidir və ölkəmizin digər yerlərinə də nümünə olmalıdır.
O, bu mərasimlərin təşkilatçılarına təşəkkür etmişdir. Vəli-Fəqihin əyalətdəki
nümayəndəsi xütbələrin digər bir hissəsində Anbaranın sünni əhalisinə çoxlu tərif-tosiflər
etdi. Bu diyarın əhalisinin bəsirət, dərk, vətənpərvərlik və fədakarlıq nümunələrini
sadalamqla onları əyalətimizin fəxri və şərəfi hesab etdi. O, sərhəddə aşkar
edilən cüzi miqdarda partlayış maddəsinin onların şıninə yaramadığını bildirərək
dedi ki, Anbaran vahabiliyin nüfuz edə bilmədiyi ölkənin az tedad sünni
rayonlarındandır. Onlar Məhərrəm əzadarlığı yola salmaqla əhlibeytin müqəddəs
sahətini sevdiklərini sübuta yetirmiş, vahabiləri məyus etmişlər. O,
Fitirbayramı gecəsinin və Fitir bayramının müstəsna fəzilətinə işarə edərək
bildirmişdir: bu iki bayram namazlarının açıq fəzada qılınmasının müstəhəb
olduğuna görə bu il fitir namazı açıq fəzada qılınacaqdır. Ayətüllah Amili həzrətləri
xütbənin sonunda demişdir: imam həzrətləri
Fələstin hüququnun bərpası üçün Qüds gününü müəyyənləşdirməklə Fələstin işğalı
mövzusunu güzəştə gedən ərəb başçılarının nəticəsiz müzakirə masasından
çıxararaq kütlələrin sərəncamına verdi və Qərbin bu mövzunu Ərəb-İsrail
arasında daxili bir məsələ kimi təqdim etmək səyini aradan apararaq onu islam
dünyasının əsas probleminə çevirdi. O, müsəlmanların Qüdsü azad etmək
uğursuzluğunu islam ölkələri başçılarının xəyanəti hesab etdi.