header

 Azərbaycanda məscid yanğından xilas edildi: Sakinlər vəhhabilərdən şübhələnir - TƏFƏRRÜAT

Azərbaycanda məscid yanğından xilas edildi: Sakinlər vəhhabilərdən şübhələnir - TƏFƏRRÜATKateqoriya : XƏBƏRLƏR ÖLKƏ Yayınlanma tarixi:23.06.2017 17:50:36Paylaş TwitləBu gün yerli vaxtla saat 13:00 radələrində Şabran şəhəri ərazisində, "Stansiya" adlanan ərazidə yerləşən məscidin həyətində yanğın baş verib.

Şabranda baş vermiş yanğın, təxminən 3 hektara yaxın ərazini əhatə edib.

Hadisə nəticəsində məscidin həyətindəki meyvə ağacları yanaraq məhv olub. Yanğın yaşayış binasına keçməyə 10 metr qalmış söndürülüb. Hadisənin başvermə səbəbi ilə bağlı rayon sakinlərinin müxtəlif versiyaları var.

Kimi yanğının atılmış siqaret kötüyündən baş verdiyini, kimisi isə, vəhhabilər tərəfindən törədildiyini iddia edir. İkinci versiyaya səbəb kimi, vəhhabilərin həmin məsciddən qovulduqları göstərilir.

Qeyd edək ki, sözügedən məscid şəxsi mülkdür. Vəhhabi cərəyanından (sələfilər) olan insanların bir neçə il əvvəl orda namaz qıldıqları, lakin sonra rayon camaatı tərəfindən məsciddən qovulduqları bildirilir.

"Vəhhabilər əvvəllər bu məsciddə namaz qılırdılar. Bu isə rayon sakinlərinin ciddi narazılığına səbəb olurdu. Nəticədə onlar məsciddən qovuldular" - deyə, adının çəkilməsini istəməyən Şabran sakini Sputnik.az-a bildirib.

"Lakin onlar dəfələrlə camaatı bu məscidlə birlikdə yandıracaqları ilə hədələmişdilər. Hazırda məscid fəaliyyət göstərmir. Amma vəhhabilər öz qisaslarını almaq üçün yandıra bilərlər" - sakin vurğulayıb.

Yanğın bir neçə dəqiqə öncə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Hazırda yanğınsöndürənlər yanğının baş vermə səbəbini dəqiqləşdirirlər.

Məsələ ilə bağlı müraciət etdiyimiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən rəsmi sorğu göndərməyimiz xahiş olundu. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı. Şabran rayon Polis İdarəsindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, yanğınla bağlı məlumat həqiqəti əks etdirmir: "Sözügedən ərazidəki fermada bir neçə ağac yanıb. Məscid isə yanğından zərər çəkməyib".

"Yerli sakinlərin məscidin radikal islamçılar tərəfindən yandırıla biləcəyi barədə versiyasına gəlincə, bu, həqiqəti əks etdirmir" - deyə polisdən bildiriblər.

Polisin məlumatına görə, rayonda ictimai təhlükəsizliyi təhdid edə biləcək radikal islamçılar yoxdur: "Kriminogen vəziyyət isə tamamilə nəzarət altındadır".




Azərbaycanda məscid yanğından xilas edildi: Sakinlər vəhhabilərdən şübhələnir - TƏFƏRRÜATKateqoriya : XƏBƏRLƏR ÖLKƏ Yayınlanma tarixi:23.06.2017 17:50:36Paylaş TwitləBu gün yerli vaxtla saat 13:00 radələrində Şabran şəhəri ərazisində, "Stansiya" adlanan ərazidə yerləşən məscidin həyətində yanğın baş verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap