header

 Türkiyə Hələbin şimalındakı terrorçulara hərbi təchizat göndərdi

Türkiyə Hələbin şimalındakı terrorçulara hərbi təchizat göndərdi

özlərini müxaliflər kimi tanıdan terror qrupları ilə əksəriyyəti kürdlər təşkil edən Suriya demokrat qüvvələri Hələbin şimal bölgəsində çoxsaylı döyüş əməliyyatlarına cəlb edilib. 
Suriyanın şimalında Əzzaz bölgəsinin cəbhə xəttində olan mənbənin verdiyi xəbərə görə Türkiyə, özlərini müxalif kimi tanıdan terror qruplarına himayət qəsdi ilə məntəqəyə çoxlu sayda hərbi təchizat göndərib.
Türkiyənin himayə etdiyi “Liva əl-Mutəsim” terror qrupunun siyasi şöbə rəisi Mustafa Seyjəri bildirib: “Türkiyənin xüsusi təyinatlı qüvvələri hərbi təchizatı Suriyaya daxil etdiklərində, (işğal altında olan) Tell Rəfət və digər kəndlərin sakinləri həl-hələ edərək onları qarşılayıblar.
Suriyanın “Ara” xəbər saytının verdiyi məlumata görə, Türkiyə çərşənbə axşamı tank və digər hərbi texnikalardan ibarət təchizatı Suriyanın şimal-qərb bölgəsində yerləşən Mari şəhərinə daxil etdiyini bildirmişdir.
Suriyanın insan hüquqlarının müdafiə təşkilatı, Türkiyənin yeni əməliyyatların başlanğıcına hazırlıq ilə əlaqədar həmin təchizatı məntəqəyə daxil etdiyini bildirib. Bundan öncə isə, özlərini müxaliflər kimi tanıdan terror ünsürlərini xalqın müdafiəsinə qalxmış birliklərin əleyhinə qaldırmışdır.
Türkiyənin işğalçı əməliyyatları başladıqdan sonra, Suriya hökuməti keçən ildən “Furat Sipəri” ünvanı altında aktiv qüvvələri Cerablus, Əl-Bab, Əzzaz və Ər-Rai məntəqələrində yerləşdirilmişdir.

Türkiyə Hələbin şimalındakı terrorçulara hərbi təchizat göndərdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap