header

 Sepah-ın raket hücumu dünya mediasında - REPORTAJ

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın raket hücumu hələ də dünya medialarının gündəmində duran əsas xəbər başlıqlarından biri olaraq qalmaqdadır.

Sepah-ın raket hücumu hələ də dünya medialarının gündəmində duran əsas xəbər başlıqlarından biri olaraq qalmaqdadır. Əl-Cəzirə, Raşa Tudey, Əl-Məyadin, Əl-Aləm, PressTV, France 24,  Skay Nyus və CNN artıq iki gündür ki, İranın raket hücumu ilə bağlı xəbərləri işıqlandırmaqla yanaşı, bu xüsusda ekspertlərin iştirakı ilə analitik şərhlər də təqdim edirlər.

 

Sepah-ın Aviasiya və Kosmonavtika qüvvələrinin İran sərhədlərindən yüzlərlə kilometr uzaqda terrorçulara endirdiyi raket zərbəsinin şok dalğası dünya medialarının diqqətini özünə cəlb edib.

Qərb mediaları bu xəbər üçün “İran Suriyada silahlı qruplaşmalara raket zərbəsi endirdi” başlığını seçmişdilər. Halbuki, Qərbin Suriya ərazisində həyata keçirdiyi istənilən hərbi əməliyyatın adı “terrorçulara hücum” olur.

Frans Press və Asoşeyted Press tərəfindən yayılan xəbər özündə bir çox şübhələrə malik idi. Belə ki, bu xəbərlər “Sepah raket atdığını deyir” cümləsi ilə başlayır. Bu isə, xəbəri verən medianın baş vermiş hadisəni təsdiq etməkdən çəkinməsi mənasındadır.

Zaman keçdikcə Avstriya və Əl-Cəzirə kimi xəbər agentlikləri baş vermiş hücumun səbəbini İŞİD-in Tehranda həyata keçirdiyi terror aktına görə intiqamın alınması adlandırdılar.

 

"Sepah Deyrəzzurda İŞİD terrorçularının mövqeyinə raket zərbələri endirib və bu Tehran terror aktına bir cavab idi."

 

Rusiya medialarının mövqeyi də diqqətə layiq idi. Sputnik informasiya agentliyinin xəbər üçün seçdiyi başlıq kimi. “İran deyir ki, fişəng atmayın, cavabında raket alarsınız”

 

"Bu hücumdan sonra İran intiqam alacağını dedi və bu raket hücumu sübut etdi ki, İran dediyini eləyir."

 

İsrail mediaları isə İran raketlərinin uçuş radiusundan nigarandırlar. Drayv nəşriyyatı bu nigaranlığın səbəbini çox yaxşı şərh edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun bu növ raketlərdən əməliyyat meydanında istifadə etmək üzrə iradəsini nümayiş etdirdiyi andan bütün strateji hesablamalar dəyişmiş oldu.

Hücumdan bir neçə saat sonra isə medialar növbəti mərhələyə yəni baş verənləri analiz etməyə başladılar.

 


"Hərbi baxımdan bu raket hücumu böyük əhəmiyyətə malikdir. Amma, siyasi baxımdan bu raket hücumunun müraciəti daha önəmlidir və Səudiyə Ərəbistanının bu raket hücumunun mesajını aldığını düşünürəm."

 

Nyu-York Tayms qəzeti də bu raket hücumunu İranın regionda inkişaf etməkdə olan qüdrətinin nişanəsi adlandırdı. Və bir çox analitik də bu fikir ilə tam razıdır.

 

"Bu uğurun müxtəlif cəhətləri var. Sanksiyalara rəğmən İran öz raketlərini inkişaf etdirib və bu raketləri atmaqla istədiyi hər bir hədəfə nail olmağa qadir olduğunu sübut etmiş oldu."

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın raket hücumu hələ də dünya medialarının gündəmində duran əsas xəbər başlıqlarından biri olaraq qalmaqdadır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap