Elxan Şahinoğlunun Azərbaycanı Türkiyənin ayağına verməsi ilə bağlı sərt təpki
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Akif Nağı: “Naxçıvanı Türkiyəyə birləşdirmək absurd ideyadır. Normal ekspert, siyasətçi və dövlət adamı bunu özünə məqbul saymamalıdır”
Vüsal Hətəmov: “Biz qardaş Tükiyədən bir yol gözləyirik:
Suriyaya, İraqa İŞİD-i qırmaq üçün daxil olduqları kimi, Ermənistana da daxil
olsunlar”
Politoloq Elxan
Şahinoğlunun öz şəxsi Facebook səhifəsində yazdığı status ictimaiyyət tərəfindən
birmənalı qarşılanmayıb. Politoloq yazdığı statusda bildirib ki, Zəngəzuru Azərbaycandan qoparmaqla Naxçıvanın
süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan
qaldırıldı: “SSRİ dövründə əlaqə Ermənistan
üzərindən idi, problem də mövcud deyildi.
Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nini süqutu ilə
Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi
var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə
diqqətin artırılmasına ehtiyac duyulur. Buna görə də Naxçıvan hüququ baxımdan
Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Faktiki Naxçıvan Türkiyə
üçün onun bir əyaləti anlamına gəlir”.
Elxan Şahinoğlu
yazdığı statusda dolayısı ilə Naxçıvanın Türkiyənin tabeliyində (fiziki
baxımdan) olmasını dəstəklədiyini bildirib. İslaminSesi xəbər verir ki, bu fikirlər
ölkənin digər siyasi şərhçiləri və ictimaiyyət nümayəndələri tərəfindən
etirazla qarşılanıb.
“Birlik” təşkilatının sədri, şərqşünas-politoloq
Vüsal Hətəmov həmkarının şərhinə cavab olaraq bunları deyib: “Sovetlər dönəmində
də qonşu ermənilərə qardaş deyib Zəngəzuru,
Göyçəni verdik. Indi də psevdopolitoloqlar deyir ki Naxçıvanı fiziki formada
qardaşımız Türkiyəyə verək. Türkiyə bizim qan bir, din bir, dil bir
qardaşımızdır. Lakin biz qardaş Tükiyədən bir yol gözləyirik: Suriyaya, İraqa
İŞİD-i qırmaq üçün daxil olduqları kimi, Ermənistana da daxil olsunlar. Çünki
Ermənistan da terrorçu yuvasıdır. Bizə torpaqlarmızın alınmasında israrla kömək
etsinlər. Erməni təhlükləsi adı ilə daha torpağımızı niyə kiməsə verək ki?
Şüursuz yanaşmadır. Onda gəlin şimal rayonlarını Rusiyaya, cənub rayonlarını
İrana, şimal qərb rayonlarını da Gürcüstana ərməğan edək. Adam nə qədər şüursuz
olar ki, müharibə ilə torpaqların alınması variantını kənara qoyub misli görünməmiş
rəzil varianta əl atar? Belələri dolayısı ilə erməni dəyirmanına su tökənlərdir.
İnsanda bir milli cəsarət olar”.
“Qarabağ Azadlıq Təşkilatı”
nın sədri Akif Nağı da politoloq Elxan Şahinoğlunun fikirlərinə etiraz nümayiş
etdirib. O, bildirib ki, politoloqun təşəbbüsü heç bir məntiqə sığmır:
“Naxçıvanla bağlı Türkiyənin üzərində öhdəlik var. Qarabağla bağlı mübahisəli məsələlər
həll olunarkən, o vaxt imzalanan “Moskva” və “qars” müqavilələrinə görə Türkiyənin
öhdəliyi mövcuddur. Bu öhdəliyə əsasən, üçüncü ölkə Naxçıvana hücuma keçərsə, o
zaman Türkiyə öz müdaxiləsini ( həmçinin
hərbi) edə bilər. Ona görə də, bundan daha irəli getmək, Naxçıvanı Türkiyəyə
birləşdirmək absurd ideyadır. Normal ekspert, siyasətçi və dövlət adamı bunu
özünə məqbul saymamalıdır. Azərbaycan Naxçıvanı müdafiə etmək və torpaqlarını
geri qaytarmaq iqtidarındadır. Naxçıvanı, hər hansı bir təhlükədən çəkinib
Türkiyəyə birləşdirmək çıxış yolu deyil. Bu yalnış mövqedir və heç bir məntiqi
yoxdur”.