Noam Çomski: "ABŞ-ın İranla düşmənçiliyinin səbəbi..."
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Məşhur amerikalı mütəfəkkir və filosof ABŞ-ın İranda qurulmuş islam respublikasını devirməklə bağlı fikirlərindən söz açıb
Tashaio.com-un “Mehr”-ə istinadən verddiyi xəbərə əsasən,
İranda qurulmuş islam respublikasının devrilmə planlarının ABŞ tərəfindən heç
vaxt dayandırılmadığını deyən Noam Çomski bildirib: “ABŞ daim bu siyasətini
davam etdirmişdir. Amerikanın bölgədə müstəqil ölkə və qüvvəni görmək gözü
yoxdur. Amerikalıların İranla düşmənçiliyin bir səbəbi isə, İranı Pəhləvi
rejimini devirdiyinə görə bağışlaya bilməməsidir. ABŞ, İranda olan
diktatorlarını devirdiyi üçün İranı heç vaxt bağışlamayacaq.”
ABŞ da iqtidara gəlmiş yeni hakimiyyət barədə fikirlərini səsləndirən
Çomski bildirib: “Fikrimcə hazırki hakimiyyətin konkret bir siyasəti yoxdur. Şəxsən
mən aydın bir siyasət müşahidə etməmişəm.”