header

 Şeyx Sərdarın məhkəməsindən – REPORTAJ

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. Saat 10-da başlamalı olan proses 1 saatdan çox yubanıb. Səbəb isə hakimin gecikməsi olub.

Məhkəmə açıq olsa da, prosesə yalnız vəkillər və bir neçə nəfər buraxılıb.

 

Prosesdə şahid qismində Şeyx Sərdar təhsil aldığı vaxt onunla eyni yerdə oxuyan Hacı Abbas adlı şəxs dindirilib.

Dövlət ittihamçısı və vəkillərin suallarını cavablandıran şəxs bildirib ki, o, təhsil almağa gedəndə Şeyx Sərdarı orda görüb, tanış olub. Hacının imanlı, vətənpərvər bir insan olduğunu diqqətə çatdıran şahid qeyd edib ki, heç bir zaman ondan yaxşılıqdan başqa bir hərəkət görməyib.

 

Prokurorun “araşdırması”, şahidə verilən dəxilsiz suallar

 

Dövlət ittihamçısının şahidə verdiyi suallar məsələnin məğzindən uzaq və dəxilsiz idi. Belə ki, şahidin Şeyx Sərdarla birgə oxuduğunu “sübut etmək” istəyən prokuror ona hansı illərdə, hansı mədrəsədə oxuduğunu, diplomunda nə yazıldığını, diplomunun hansı dildə olduğunu, orada hansı dərslər keçdiyini soruşur. Şahid isə bu suallara cavab verir. Lakin ifadədə bildirdiyi sözlərlə məhkəmədə dediyi sözlər üst-üstə düşmür. Belə ki, ifadəsində “əl-Mustafa” Universitetində təhsil aldığını qeyd etsə də, məhkəmədə şahid mədrəsədə oxuduğunu deyir. Əslində isə əvvəl mədrəsə olan, sonradan isə adı dəyişərək universitetə çevrilən təhsil ocağı barədə məlumatsız olan prokuror sadəcə olaraq söz oyununa üstünlük verir.

 

Prokuror şahidin araşdırımasına “lüzum” görmədi

 

Vəkillər isə, şahiddən diplomu barədə soruşduqda, məlum oldu ki, şahidin ümumiyyətlə diplomu müstəntiqlər tərəfindən alınıb, hələ də qaytarılmayıb. Belə olan halda, vəkillər vəsatətlə çıxış edərək “əl-Mustafa” universitetinə sorğu göndərilməsini, əks-təqdirdə, şahidin ümumiyyətlə sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıblar. Bayaqdan canfəşanlıq edən prokuror bu dəfə Şeyx Sərdarın ötən məhkəmədəki fikirlərinə istinad edərək Hacı Abbasın onun tələbə yoldaşı olmasını təsdiqləməsini əsas gətirdi.

 

Şahid keçmiş MTN-ə çağırılıb, Şeyx Sərdar barədə izahat alınıbmış

 

Prosesin gedişində o da məlum oldu ki, şahid hələ Şeyx Sərdar həbs olunmamışdan əvvəl keçmiş MTN-ə çağırılıb və ondan ifadə alınıb. Bu ifadənin məzmunu gələcəkdə onun Şeyx Sərdara qarşı istifadə edilə biləcəyi ehtimallarını nəzərə alaraq, ümumiyyətlə, şahidin sübutlar siyahısından çıxarılması tələb edildi.

Sonda isə, şahid Hacı Abbas Şeyx Sərdarın imanlı tələbə olduğunu, onu gözəl bir insan kimi tanıdığını bildirdi və sonda “Məni həbs edin, Şeyx Sərdarı isə azadlığa buraxın!” – istəyi ilə məhkəməyə müraciət etdi.

Şahidin dindirilməsi başa çatdıqdan və vəsatətlər verildikdən sonra məhkəmə müşavirəyə yollandı.

 

Hakim Şeyx Sərdara təşəkkür etdi

 

Müşavirədən sonra Şeyx Sərdar çıxış üçün söz aldı. Şahid Hacı Abbasın mədrəsə və universitet sözlərini başa düşməyən prokurora izah etdi ki, əslində bir zamanlar kiçik mədrəsələr formatında olan dini təhsil mərkəzləri sonradan birləşərək “əl-Mustafa” adlı holdinqə çevrildi ki, özündə 120 ölkədən 18 min tələbəni birləşdirir.

“İki il əvvəl Qafqaz Müsəlmanları İdarəsi bizim təhsil aldığımız universitetdə şöbəsini açıb. Eyni zamanda, Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfəri zamanı Universitetdə olub və ikitərəfli sazişlər imzalayıb. Bütün bunlar bizim qeyri-qanuni deyil, rəsmi bir yerdə təhsil aldığımızı təsdiq edir.”

 

Şeyx Sərdarın izahatından sonra hakim aydınlıq gətirdiyi üçün ona təşəkkürünü bildirdi.

 

Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün İyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib. Məhkəmə prosesi İyul ayının 3-nə qədər təxirə salınıb.

 

Qeyd edək ki, ölkənin tanınmış ictimai-siyasi xadimləri, ruhanilər, müxtəlif bölgələrdən gələn sadə vətəndaşlar bu dəfə də Şeyx Sərdara dəstək məqsədilə məhkəməyə gəliblər.

 

Xatırladaq ki, ruhani Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham edilir.

 

Şeyx Sərdarın növbəti məhkəməsi iyul ayının 3-də saat 10-da Masallı Rayon Məhkəməsində keçiriləcək.

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. Saat 10-da başlamalı olan proses 1 saatdan çox yubanıb. Səbəb isə hakimin gecikməsi olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap