header

 64 ildən sonra ABŞ-ın İran barədə yaydığı sənədlər

ABŞ dövlət departamenti uzun müddətdən sonra 1953-cü il avqust çevrilişi ilə bağlı sənədləri təsnifatdan çıxarıbdır.

ABŞ dövlət departamenti vebsaytının dünənki məlumatına görə, bu sənədlər göstərir ki, Amerika İranda Mohəmməd Mosəddeq dövlətinin kənarlaşdırılmasında birbaşa rol oynayıbdır.

Yayılmış sənədlərə əsasən, Vaşinqton Mosəddeq dövlətini devirmək üçün konkret plana malik olub və çevrilişi birbaşa şəkildə idarə edibdir.

Amerikanın İranda 1953-cü il avqust çevrilişində birbaşa rolu bundan öncə də digər mərkəzlərin sənədlərində şərh olunmuşdu, amma yenicə yayılmış sənədlər daha artıq təfərrüatlara malikdirlər.

İranda neft sənayesinin milliləşdirilməsi hərəkatının qələbəsi zamanı Amerika və İngiltərənin bu ölkədəki müdaxilələri silsiləsinin bir hissəsi olan 1953-cü il avqust çevrilişi elə bir zaman kəsiyində baş veribdir ki, Beynəlxalq Haaqa Məhkəməsi İngiltərə-İran neft müqavilələri məsələsində İranın xeyrinə rəy vermişdi.

İranın ozamankı qanuni dövlətinin süqut etməsilə nəticələnmiş 1953-cü il avqust amerikan-ingilis çevrilişi İslam İnqilabının zəfər çalmasından öncə İranın siyasi tarixinin həssas zaman kəsiyini yada salır.

ABŞ dövlət departamenti uzun müddətdən sonra 1953-cü il avqust çevrilişi ilə bağlı sənədləri təsnifatdan çıxarıbdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap