Amerika İŞİD-in qərbli başçılarını Riqqədən çıxarmışdır
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:28 PM
Suriya parlamentinin üzvü Əmmar Əl-Əsəd Amerikanın Riqqə şəhərindəki mənfi rolundan danışır
Tashaio.com-O vurğulamışdır ki, Amerika 120 nəfər İŞİD-çiyə öz silahları
ilə Riqqədən çıxıb Əl-Səxnəyə getmələrinə yol vermişdir ki, Tədmür rayonunda təhlükə
yaratsınlar. O, Spotnik müxbirinə verdiyi müsahibədə bildirmişdir ki, lakin
Suriya və Rusiya qırıcıları onları nişan alaraq məhv etmişdir. Suriya rəsmisi
artırmışdır: Amerika ilə Suriya demokratik qüvvələri arasında yüksək səviyyədə
uyğunluq vardır. Adı çəkilən demokratik qüvvələrin bəzi komanderləri
Amerikadan, Britaniyadan, Fransadan və bəzi region ölkələrindəndir. Əslində
reallıq mediyada deyilənlərdən tam başqadır. Çoxlu gözlənilməz hadisələr baş
vermişdir. O davam etdirmişdir: üç həftə bundan əvvəl də koalisiya təyyarələri
bir tedad İŞİD komanderlərini naməlum rayonlara apardılar. Məlumdur ki, onlar
(İŞİD komanderləri) suriyalı, iraqlı, yaxud Çeçen deyildilər. Onlar İŞİD-in qərbli
komanderləri idilər. Əl-Əsəd Riqqənin Amerika üçün çoxlu əhəmiyyətə malik
olduğuna işarə edərək açıqlamışdır: idealoji ixtilafa rəğmən İŞİD-lə Suriya
demokratik qüvvələri arasında razılığın baş verməsi və İŞİD komanderlərinin təhlükəsiz
bir dəhliz yolu ilə Riqqədən çıxması necə ola bilər? Bu, məhz müştərək maraqlar
əsasında baş verə bilər.