İŞİD-in səs yazısı yayıldı: Ərəbistan və İsraildən başqa bütün ölkələr təhdid olunur
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:28 PM
İŞİD terror qruplaşması bir səs yazısı yayaraq öz üzvlərindən istəmişdir ki, bütün ölkələrdə hücumlarını davam etdirsinlər.
“Fransa” xəbər agentliyinin verdiyi məlumata görə, bazar ertəsi
günü “Amaq” saytında yayılan səs yazısında İŞİD terror qruplaşmasının sözçüsü
Əbülhəsən əl-Mühacir 23 mayda Filippində törətdikləri terror hadisəsinə görə
qrupun üzvlərinə minnətdarlıq edir və onları “xilafətin Şərqi Asiyada
övladları” adlandırır.
Xatırladaq ki, İŞİD-in Filippinə hücumu nəticəsində 58 hərbçi
və 20 min dinc sakin qətlə yetirildi.
İŞİD sözçüsü ötən həftə Tehranda terror hadisəsinin amillərini
də “fars sünnü qardaşları” adlandırır və onların hücumunu “din düşmənlərinə”
qarşı hərəkət sayır. Onun sözlərində İŞİD-in İrana hücumlarının davamına təkid
olunur.
İŞİD sözçüsü daha sonra qrupun üzvlərindən istəyir ki,
Ramazan ayında Suriya, İraq, Misir, Yəmən və Xorasan məntəqəsində (Əfqanıstan,
Pakistan və bəzi qonşu ölkələr bura aiddir) öz hücumlarını davam etdirsinlər,
Asiyada, Şərqi Asiyada, Şimali Afrikada öz müqavimətlərini və mövqelərini
qorusunlar.
Maraqlı məsələ budur ki, bütün dünya üçün təhdid dolu bu
mesajda yalnız Ərəbistanın adı çəkilmir. Hətta, İran və digər ölkələrə qarşı
bundan öncəki təhdidlərdə də heç vaxt İŞİD öz tərəfdarlarını Ərəbistana hücum
etməyə çağırmayıb.
Bundan da mühüm məsələ odur ki, İŞİD heç vaxt İsraili təhdid
etməyib və qrupun rəhbərləri dəfələrlə öz tvitlərində təkid ediblər ki, bizim
İsrail ilə müharibəmiz yoxdur və Fələstini həzrət İsa azad edəcək.