header

 Səudiyyə Ərəbistanı ilə İsrail arasında təyyarə uçuşları başlayır

Sionist mediada yer alan xəbərə görə, ər-Riyad ilə Təl-Əviv arasında uçuşlar başlayacaq.

sionistlərə aid "Yediot Aharanoot" qəzetinin bu gün yaydığı bir xəbərə görə, Təl-Əvivlə ər-Riyad arasında uçuşlar başlayacaq. Qəzetin bildirdiyinə görə, bu il fələstinli hacıların Təl-Əvivdəki Ben Qurion Hava Limanından Səudiyyə Ərəbistanına birbaşa uçması üçün təyyarə səfərləri təşkil olunacaq.

Qəzetin yaydığı xəbərə görə, işğal rejimi ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin başlanğıcı olacaq bu tətbiq Səudiyyə Ərəbistanı üçün də bir ilk olacaq. Qəzet bunun üçün son dövrdə ABŞ, Fələstin Rəhbərliyi, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail arasında gizli görüşlər keçirildiyini bildirib.

Qəzetin xəbərinə görə, Sionist rejimi ilə Səudiyyə Ərəbistanı arasında rəsmi olaraq birbaşa əlaqə olmadığından bir keçid forması olaraq hələlik təyyarələr İordaniyanın paytaxtı Amman hava limanına qısa müddətə enəcək və oradan Səudiyyə Ərəbistanı istiqamətinə uçuş edəcək.

Xəbərdə ilk mərhələdə təyyarələrin İsrail, ya da Səudiyyə Ərəbistanı hava yolu şirkətlərindən birinə aid olmayacağı, bir başqa ölkənin hava yolu şirkətinin bu səfərləri həyata keçirəcəyi bildirilib.

Qəzet bu tətbiqin ABŞ-ın xüsusilə üzərində dayandığı İsrail ilə hələ bilavasitə əlaqə içində olmayan ərəb ölkələri arasında normallaşma prosesinin bir hissəsini təşkil edəcək. Sonrakı mərhələdə işğal altındakı Fələstin torpaqları üzərindən Səudiyyə Ərəbistanına birbaşa səfərlərin təşkili planlaşdırılır.

Həmçinin İsrailin nəqliyyat və kommunikasiya naziri İsrail Katz ABŞ nümayəndəsinə "sülh xətti" adını verdikləri regional bir dəmir yolu layihəsi təqdim etdiklərini söyləyib. Verilən məlumata görə, bu kəmər işğal altındakı torpaqlardan (Fələstin - red.) İordaniyaya, oradan da Səudiyyə Ərəbistanına qədər olacaq.

Sionist mediada yer alan xəbərə görə, ər-Riyad ilə Təl-Əviv arasında uçuşlar başlayacaq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap