Səudiyyə “Barcelona” klubunun formasını “haram” etdi - SƏBƏB
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Səudiyyə Ərəbistanı Qətərlə böhran çərçivəsində qəribə addım atıb
Səudiyyə Ərəbistanında üzərində “Barcelona” futbol klubunun loqotipi olan köynəyi geyinmək cinayət hesab ediləcək. Artıq bu işi görənlər 135 min dollar məbləğində cərimələnə və hətta həbs edilə bilərlər.
Buna səbəb isə həmin köynəklərin üzərində Qətərin milli hava yollarının işarəsinin olmasıdır. Qeyd edək ki, məlum hava yolları şirkəti artıq bir neçə ildir ki, Barselona klubunun əsas sponsorudur.