"Nardaran işi"ndə şahid ifadə verib: "Taleh Bağırovu məclislərdən tanıyıram"
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
"Nardaran işi"ndə şahid ifadə verib: "Taleh Bağırovu məclislərdən tanıyıram"
Bu gün Bakı
Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup
- “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman
Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov,
Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi
İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İslaminSesinin
"Report"a istinadən xəbərinə
görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli
Nurməmmədov ifadə verib.
O, Taleh
Bağırovu məclislərdən tanıdığını söyləyib. Daha sonra şahidin istintaqa verdiyi
ifadəsi elan olub. Ə.Nurməmmədov istintaqda dindirilərkən deyib ki, T.Bağırov məclislərdə
dövlət əleyhinə çağırışlar edib.
Şahid Möhvsüm
Beytullayev istintaqda verdiyi ifadəsindən imtina etdiyini deyib.
Proses iyunun
5-də davam etdiriləcək.