header

 “ABŞ və şəriklərinin artıq-əskik danışığına görə yolumuzu dəyişən deyilik”

“Amerikanın və onun bölgədəki şəriklərinin artıq əskik-danışmasına görə öz siyasi kurusmuzu və yolumuzu dəyişən deyilik”

FarsNews-a istinadən, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi deyib.

 

Keçirilən mətbuat konfransında Trampın Səudiyyəyə səfərini və “ABŞ-Ərəb zirvə toplantısı"nın yekun bəyanatına münasibət bildirən İran rəsmisi ABŞ və müttəfiqlərinin toplantısı və onların yekun bəyanatını artıq-əskik danışıq adlandırıb.

 

İran rəsmisi ABŞ rəsmilərindən tələb edib ki, bölgədə münaqişələri alovlandırmaq, müdaxilə etmək və  İranofobiya dalğası yaratmaqdan çəkinsin və terroru dəstəkləyənlərə silah satmaq kimi addımlarını dayandırsın.

 

B. Qasimi ABŞ-a qol-qanad açıb, ondan külli miqdarda silah alan Səudiyyə haqda deyib:

 

“Təəssüflər olsun ki, bəzi region ölkələri öz xalqının gücünə və region həmkarlığına arxalanmaq əvəzinə, ümidlərini böyük qüdrətlərin dəstəyinə bağlayıblar. Onlar bölgə ölkələrinin həyati infrastrukturlarını dağıtmaq və zəiflətmək üçün şərait yaradırlar. Buna misal olaraq, alınan silahlarla Yəmən və Suriyanın infrastrukturasını təkfirçi cərəyanlarla dağıtmaqdır.”

 

Bu arada İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif də “ABŞ-Ərəb zirvə toplantısı”nın yekun bəyanatına toxunaraq, ABŞ-ın bölgədə demokratiya və seçkilər yolunu tutmağa dəstək vermək (İran seçkiləri) əvəzinə Səudiyyə Ərəbistanını sağdığını deyib.

 

“ABŞ-Ərəb zirvə toplantısının” yekun bəyanatının bir çox bəndlərində bildirilib ki, “İran bölgədə terroru dəstəkləyir”. / İslaminSesi

“Amerikanın və onun bölgədəki şəriklərinin artıq əskik-danışmasına görə öz siyasi kurusmuzu və yolumuzu dəyişən deyilik”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap