header

 Moskvada İŞİD-ə aid bomba istehsalı mərkəzi aşkar edilib

Rusiyanın təhlükəsizlik məmurları Moskvada İŞİD-ə aid partlayıcı maddə və bomba istehsalı mərkəzi aşkar ediblər.

IRNA-nın məlumatına görə, indiyədək Rusiyada terror əməliyyatları təşkil etməkdə ittiham olunan bir neçə şübhəlini həbs etmiş Rusiya Federal Təhlükəsizlik Xidməti dünən bildiribdir ki, Moskvada İŞİD-ə aid partlayıcı maddə və bomba istehsalı mərkəzinin aşkar edilməsi əməliyyatında dörd İŞİD terrorçusu da həbs olunubdur.

 

Bu məlumata görə, həbs olunan şəxslər Moskvanın nəqliyyat sistemində bir terror əməliyyatını planlaşdırırmışlar.

 

Məmurların terrorçuların istifadə etdikləri məkanları təftiş etmələri zamanı partlayıcı maddələr laboratoriyasından əlavə, bir əldəqayırma bomba, bomba istehsalı detalları, bir neçə ədəd silah və sursat, ekstremizm və terrorizm baxışlarını yayan iri həcmli disklər və təbliğat nəşrləri aşkar edilibdir.

 

Rusiya son aylarda bir neçə terror hücumunun şahidi olub. Bu hücumların ən faciəlisində bazar ertəsi günü aprelin 2-də Sankt-Peterburq şəhərinin “Texnologiçeskiy İnstitut” adlı metro stansiyasında terror partlayışının baş verməsi nəticəsində azı on nəfər ölmüş, 50 nəfər də yaralanmışdı.

 

Rusiya 2015-ci ilin ortalarından Suriya hökumətinin rəsmi istəyinə əsasən, həmin ölkədə hərbi iştiraka malikdir və özünün hava-kosmos qüvvələrindən istifadə edərək, İŞİD və Cibhətunnusrə terrorçularının mövqelərini bombalayır və suriyalı hərbçilərin quru əməliyyatlarına dəstək verir. Məhz bu məsələ Rusiyada terror hücumlarının artmasına səbəb olubdur.

Rusiyanın təhlükəsizlik məmurları Moskvada İŞİD-ə aid partlayıcı maddə və bomba istehsalı mərkəzi aşkar ediblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap