Avropa ölkələri Türkiyə prezidentini tənqid ediblər
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Türkiyə prezidenti Brüsseldə Fransa və Almaniya başçılıarının diplomatik gileylərilə üzləşibdir.
Vaşinqton Post
qəzeti xəbər verib ki, Fransanın prezidenti Emmanuel Makron və Almaniya
kansleri Angela Merkel NATO-nun Brüssel iclasının kənarında onların vətəndaşlarının
Türkiyədə həbs olunmaları məsələsinə toxunaraq, Türkiyənin prezidenti Rəcəb
Tayyıb Ərdoğanı tənqid ediblər.
"National
Geographic" jurnalı ilə həmkarlıq edən fransız jurnalist və fotoqraf
Matias Depardon mayın əvvəllərində Türkiyədə həbs olundu və bu ölkə hökumətinin
hərəkətlərinə etiraz olaraq, aclıq aksiyası keçirir.
NATO iclasının
kənarında Ərdoğanla görüşən Almaniya kansleri Angela Merkel Almaniya-Türkiyə əlaqələrinin
kəskinliyindən danışıb.
Almaniya
kansleri həmçinin bu görüşdə təqribən 100 gün bundan öncə Türkiyədə həbs
olunmuş alman jurnalist Deniz Yusilin azad edilməsini istəyib.