header

 Ali-Xəlifə rejimi bəhreynli etirazçıları dağıtmaq üçün qadağan olunmuş zəhərli güllələrdən istifadə edib - FOTO

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim barəsində rejim tərəfindən çıxarılan həbs qərarının ardınca ötən gecə minlərlə bəhreynli etiraz aksiyası keçirib.

Ali-Xəlifə rejim qüvvələri Əl-Məamir bölgəsində etiraz aksiyasını dağıtmaq üçün qadağan olunmuş zəhərli güllələrdən istifadə edib .

 

Etirazçılar Ali-Xəlifə rejim əleyhinə şüarlar səsləndirib.

 

Qeyd edək ki, ötən gün Bəhreyndə ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin məhkəməsi keçirilib.

 

Ali-Xəlifə rejimi məhkəməsinin hökmü ilə Ayətullah Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmənin qərarı ilə o, 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla, 1000 Bəhreyn dinarı məbləğində cərimə edilib.

 

Məhkəmənin qərarına əsasən, Ayətullah Isa Qasim barəsində çıxarılan 1 illik həbs cəzasının icrası üç il təxirə salınıb. 

 

Şeyx İsa Qasim Bəhreyn şiələrinin rəhbəridir. O, 1971-ci ildə Bəhreyn ölkəsi müstəqil olduqdan sonra təhsil aldığı Nəcəf şəhərindən ölkəsinə qayıdıb və xalqın seçimi ilə parlamentdə təmsil olunub və uzun müddət Bəhreyn Milli Məclisinin üzvü olub.

 

Şeyx İsa Qasim 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun vtəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz bölgəsində etirazlar davam edir. / Maide 

 
 
 
 

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim barəsində rejim tərəfindən çıxarılan həbs qərarının ardınca ötən gecə minlərlə bəhreynli etiraz aksiyası keçirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap