header

 Ayətullah İsa Qasimin Nəcəfə sürgün edilməsinə İraq höküməti "yox" deyib

Bəhreyn rejiminin ölkənin mənəvi lideri Ayətullah İsa Qasimlə bağlı sürgün planlarının üstü açılıb

Bəhreyn rejiminin ölkənin mənəvi lideri Ayətullah İsa Qasimlə bağlı sürgün planlarının üstü açılıb. Belə ki, Ali Xəlifə rejimi bir neçə gün öncə İraqın baş nazirinə müraciət edərək Bəhreyn şiələrinin liderini Nəcəfə göndərilməsi üçün izin verilməsini istəyib.

 

Bu haqda məlumatlı mənbə "Al Mayadeen" telekanalını bilgiləndirib. Məlumata görə, İraqın baş naziri Heydər Əl İbadi krallığın xahişini qəbul etməyib.

 

Qeyd edək ki, Nəcəf və Bağdadda Seyid Müqtəda Sədr tərəfdarları böyük mitinq keçirərək Bəhreyn rejimindən Ayətullah İsa Qasimin azad edilməsini tələb ediblər. Beynəlxalq təşkilatlara səslənən etirazçılar, rəsmi Mənaməni xalqa dəstək verməyə, zorakılığa son qoymağa və şiələrin rəhbəri Ayətullah İsa Qasimi sərbəst buraxmağa çağırıblar. Xatırladaq ki, "Sədr" hərəkatının lideri Seyid Müqtəda Sədr bir neçə gün öncə tərəfdarlarına Bəhreyn rejiminə etiraz aksiyalarının təşkilinə səsləmişdi. / İslamazeri.com

Bəhreyn rejiminin ölkənin mənəvi lideri Ayətullah İsa Qasimlə bağlı sürgün planlarının üstü açılıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap