Ramazanın niyyətini edirik, Bu zaman hansı mənəvi məqamları diqqətdə saxlayaq?
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Əməllərimizdə niyyətlərin dəyəri nə qədərdir?
İslam dini hər
tərəfli, geniş şaxəli bir dindir. Dinimiz insanın həm içtimai, həm də fərdi fəaliyyətini
nazamlamışdır. İlahi din insanı hec bir sahədə, nə əməli, nə də fikri sahədə tək
buraxmır. Dini göstərişlər insanın düşüncəsini və əməllərini İlahi nurda
formalaşdırır. İnsanı müqəddəsləşdirir.
İnsanın qəlbdən,
istəkdən və qəldən qaynaqlanan hər bir əməli niyyətlə başlayır. Niyyət insanın
gördüyü işə dəyər qazandıran əsas amildir. Allah rəsulundan (s) bizə yetişən məşhur
kəlamlardan biri də “Möminin niyyəti əməlindən daha xeyirlidir” hədisidir. Bu
mübarək kəlamdan niyyətin nə qədər önəm daşıdığı aydin olur.O işlərı dəyərli edən,
dəyərinə dəyər qatan məhz niyyətdir.
Allah Rəsulu
digər bir kəlamda buyurub: Əməllər niyyətə bağlıdır.
Demək olar ki,
zahirdə baş verən işlərin böyük əksəriyyəti eynidir. Onları bir birindən
ayıran. O işlərə dəyər verən görülən işin niyyətidir. Məsələn bir yoxsul əl
açanda ona pul verirsən. O pulu ehtiyaclını başından uzaqlaşdırmaq üçün verə
bilərsən, yaxud rəhmin gələr, yaxud da Allah Təalanın sənin üçün göndərdiyi bir
fürsət olaraq dəyərləndirə bilərsən ki, rəbbim məndən razı qalısın. Gördüyün
işin dəyəri sənin o işi hansı niyyətlə etməyinə bağlıdır. Niyyətin ali olduqca
mükafatın və dəyərin Allah Təala yanında ali olur.
Niyyətin
xalisliyi qəlbi saflaşdırar, saf qəlb də öz növbəsində xalis niyyətlərə zəmin
yaradar.
Həqiqətən niyyətin
saflığı qəlbin səfa və paklığı nisbətindədir.
Həzrəti imam
Sadiq (ə) bu barədə buyurur:
Döğru niyyət
sahibi saf qəlb sahibidir. Həqiqətən qəlbin bütün cirkinliklərdən saflığı bütün
işlərdə Allah üçün edilən niyyətin xalisliyi ilədir. Qəlb saflaşdıqca,
paklaşdıqca qəlbdən gələn niyyət də saf olur. İnsan ətrafına, ətrafda olanlara
saf gözlə baxır. Onları hüsnü-zən və xoş niyyətlə qarşılayır.
Xəbis qəlb isə
xəbis niyyət edər, hər şeyə sui-zənlə (pis niyyətlə) baxar. Ətraf və ya başqa
insanlar üçün gördüyü işin də bir dəyəri olmaz. Dara düşəndə xəbis niyyətlə
etdiyi əməlini başa qaxınc edər. Çünki niyyəti xalis olmayıb, işin niyyətində
öz xeyrini nəzərdə tutub.
Ən gözəl niyyət
Allah Təala üçün edilən niyyətdir ki, Mütəal Allah həm niyyət sahibini, həmdə
onun gördüyü işini dəyərli və qiymətli edər.
Y.Nuriyev /
İslaminSesi