header

 “Rəhm etməyəcəm!”: Filippin Prezidenti İŞİD-lə müharibəyə başladı - TƏHLİL

"Həmvətənlərim, çox narahat olmayın. Mən evə geri dönürəm."

Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın paytaxtı Moskva şəhərinə olan səfərini vaxtından əvvəl dayandırmalı olub və təcili surətdə vətəninə geri dönmək məcburiyyətində qalıb. Bu, ölkənin Mindanao əyalətində vəziyyətin gərginləşməsi ilə bağlıdır: orada ordu ilə İŞİD terror təşkilatını dəstəkləyən qruplaşma arasında toqquşmalar baş verir. May ayının 24-ü terrorçular Malabanq şəhərinin polis rəisinin başını kəsiblər, həmçinin katolik kilsəsinin keşişini və ibadətə gələn insanları əsir götürüblər. Terrorçuluq problemi Filippin üçün yeniilik deyil, lakin Duterte Vladimir Putinlə görüşü zamanı terrorçularla mübarizə üçün Rusiyadan müasir silahlar almaq niyyətində olduğunu bildirib. Duterte vətəninə geri dönən kimi isə ABŞ-ı Rusiya-Filippin arasındakı mümkün silah razılaşmasının yarımçıq pozmaqda ittiham edib. Adalardakı daxili vəziyyət Filippinin Kreml və Ağ Evlə olan münasibətlərinə nə cür təsir edəcək? Ətrafalı İslamAzərinin tərcümə etdiyi materialda.

 

 

Filippin Prezidenti Rodriqo Duterte Mindanao əyalətində vəziyyətin gərginləşməsi ilə bağlı olaraq Moskva səfərini təcili surətdə dayandırmaq məcburiyyətində qalıb. Adıçəkilən regionda hökumət qüvvələri ilə “Əbu Səyyaf” terror qruplaşmasının üzvləri arasındakı toqquşmaların fonunda hərbi vəziyyət elan edilib.

Qeyd edək ki, “Əbu Səyyaf” qruplaşması İŞİD terror təşkilatına beyət edib.

Təyyarədə geri dönərkən Duterte filippinlilər üçün xüsusi video müraciət hazırlayıb. Prezident bildirib ki, zərurət halı olarsa hərbi vəziyyət 1 il müddətinədək uzadıla bilər.

Əgər hər şey 1 ay ərzində bitəcəksə, mən çox xoşbəxt olaram. Həmvətənlərim, çox narahat olmayın. Mən evə geri dönürəm. Mən gələndə problemləri yerbəyer edəcəm.”, - deyə o bildirib.

“The Independent” qəzeti bildirib ki, terrorçular Maravi şəhərindəki katolik kilsəsinin keşişini əsir götürüblər. Həmin şəhər terrorçuların işğalı altında olan Mindanao əyalətində yerləşir. Müqəddəs Çito Sunaqob kilsə personalı və ibadətə gələn insanlarla birgə tutulub. Ümumilikdə əsarət altında 10-dan çox insan var.

Malabanq şəhərindəki terrorçular yerli polis rəisinin başını kəsiblər.Bu haqda Dutertenin özü xəbər verərək bildirib ki, terrorçular nəzarət-keçid məntəqəsini tutaraq, polisi edam ediblər.

 

 

Filippin Katolik Yepiskoplar Konfransının Baş keşişi Sokrat Vilyeqasın sözlərinə görə, “əgər terrorçulara müqavimət göstərən hökumət qüvvələri geri çağırılmazsa”, terrorçular əsirləri öldürəcəklər. Keşiş filippinlilərdən əsirlər üçün dua etməyi xahiş edərək, hökuməti onların təhlükəsizliyini təmin etməyə səsləyib.

Duterte isə öz növbəsində terrorçuları “onu əsəbləşdirməməyə” səsləyib. Prezident qeyd edib ki, regionda hərbi vəziyyətin tətbiq edilməsi bütün problemləri həll etməlidir.

Məndən terrorçuluğa cavabımın nə cür olacağı haqda soruşdular. Mən dedim ki, amansız olacam! Qanuna əməl edərək qəddar olacam!”, - deyə filippinli lider qeyd edib.

 

Terrorçudurlar, amma İŞİD deyillər

 

Həmin radikal qruplaşmalar Mindanao adasında hələ 1970-ci illərdə yaranıb. 1989-cu ildə onlar muxtar regionun yaranmasına nail olublar, lakin adadakı zorakılıq hələ də davam edir. Politoloq Aleksandr Asafovun fikrincə, Duterte İŞİD-lə mübarizə adı altında pərdələnərək lokal problemləri həll etməyə çalışır.

Radikalizm problemi Filippin üçün yeni bir şey deyil. Duterte isə terrorçuluqla beynəlxalq mübarizə adı altında çoxsaylı daxili problemləri həll etmək istəyir.”, - deyə mütəxəssis bildirib.

 

 

Mindanao adasındakı əsas qruplaşmalar “Moro Milli Azadlıq Cəbhəsi”, Moro “İslamçı Azadlıq Cəbhəsi” və “Əbu Səyyaf”dır. Sonuncu qruplaşma isə daha radikaldır: onlar qəddar edamlarla məşhurdurlar. “Əbu Səyyaf” lideri 2014-cü ildə İŞİD terror təşkilatına beyət edib.

Filippindəki radikal qruplaşmalar probleminin yaxın zamanda həll ediləcəyini gözləmək lazım deyil. Bu mübarizə hələ bir müddət daha davam edəcək və bu, Filippin rəhbərliyi üçün asan məsələ olmayacaq.”, - deyə politoloq Viktor Oleviç bildirib.

Qeyd edək ki, Filippin lideri Moskva şəhərini vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. O, Rusiya paytaxtına rəsmi səfər çərçivəsində gəlmişdi. Buna görə də Rusiya Prezidenti Vladimir Putinlə olan görüş planlaşdırıldığından 2 gün daha tez baş tutdu. May ayının 23-ü baş tutmuş danışıqlardan sonra Duterte bildirib: “Hərbi əməliyyatlar, toqquşmalar əvvəlkitək davam edir. Mən, təəssüf ki, ora getməli və orada olmalıyam. Orada insanlar ölüb və ölür.

 

 

Rusiya yoxsa ABŞ?

 

Rodriqo Duterte Rusiya KİV-lərinə verdiyi müsahibəsində bildirib ki, Filippindəki hərbi əməliyyatlar zamanı mülki əhali arasında qurbanların olmasının qarşısını almaq üçün yüksək dəqiqliyə sahib silahlara ehtiyacı var. Prezident işarə edib ki, bu cür silahları o, Rusiyadan ala bilər.

Duterte həmçinin qeyd edib ki, “rusiyalılar amerikalılardan daha düşüncəli və kömək etmək məsələsində daha əliaçıqdırlar

Daha sonra, Vladimir Putinlə məlum məsələlərə görə planlaşdırıldığından 2 gün daha tez baş tutmuş görüşdə, Filippin Prezidenti müasir silahlar əldə etmək niyyətində olduğunu bildirib.

Bizim ABŞ-da müəyyən sifarişlərimiz olub, lakin hazırda vəziyyət çox da sakit deyil. Və İŞİD-lə, onun dəstələri ilə, ayrı-ayrı qruplaşmalarla vuruşmaq üçün bizim müasir silahlara ehtiyacımız var. Mən sizin köməyinizi almaq və sizdən yardım istəmək üçün gəlmişəm.”, - deyə Duterte bildirib.

O həmçinin ticarət mübadiləsinin inkişaf etdirilməsinin zəruriliyini bildirib və qeyd edib ki, Rusiya və Filippinin əməkdaşlıq etmələri üçün çoxlu perspektivli sahələr var.

Sizə arzu etmək istərdim ki, hər şeyə rəğmən, bizdə baş verən hadisələr kimi hadisələr mümkün qədər az təkrarlansın.”, - deyə Duterte qeyd edib.

 

 

Aleksandr Asafovun fikrinə əsasən, Duterte, öz bəyanatlarına baxmayaraq, istiqaməti Rusiyaya tərəf dəyişməyəcək. Çünki Filippin əvvəlki kimi ABŞ-dan asılıdır. Filippinin ABŞ-la möhkəm əlaqələri öz başlanğıcını hələ amerikanın koloniyası olduğu dövrdən götürür. 1946-cı ildə müstəqillik əldə etdikdən sonra Filippin ABŞ-ı dəstəkləməyə davam etdi və rəsmi Vaşinqtona adalarda hərbi baza qurmağa icazə verdi.

Rusiyaya olan bütün bu səfərlər, silah almaq cəhdləri real addımlarla bərkidilməyəcək... Mən ümumiyyətlə ölkələr arasında hər hansısa uzun müddətli əməkdaşlığın olacağını gözdən keçirmirəm, lakin,görünür ki, belə bir fürsət var.”, - deyə mütəxəssis bildirib.

Bununla yanaşı Duterte hakimiyyətə gəldikdən sonra Barak Obama administrasiyasını və onun özünü də tənqid edib, dəfələrlə Obamanı ədəbsiz sözlərlə söyüb. Baxmayaraq ki, Trampla əlaqələr hələ ki, bir az mehriban görünür, lakin filipppin liderinin rəsmi Vaşinqtona olan ritorikası dəyişməyib. Belə ki, Rusiyadan vətəninə geri döndükdən sonra keçirdiyi mətbuat-konfransında Duterte amerikalıları silah tədarükünün pozulmasında ittiham edib.

Viktor Oleviç isə hesab edir ki, Filippin xarici siyasət kursunu kəskin şəkildə dəyişib. Onun sözlərinə görə, adalardakı hazırkı hadisələr Filippinin Rusiya, Çin və digər yeni həmkarlarla gələcək münasibətlərinin güclənməsinə səbəb olacaq.

Rusiya (Filippinin) müstəqilliyi üçün və terror qruplaşmaları ilə mübarizə üçün bütün lazımi addımları atmağa hazırdır.”, - deyə mütəxəssis sonda bildirib.


"Həmvətənlərim, çox narahat olmayın. Mən evə geri dönürəm."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap