"presstv"-ə
istinadən, ötən gün keçirilən etiraz aksiyasında bir neçə fələstinli mübariz öz
silahını D.Trampın heykəlinə tuşlayıb. Minlərlə etirazçı ABŞ və İsrail əleyhinə
şüarlar səsləndirib.
Etirazçılar ABŞ
prezidentinin müqavimət qrupları, o cümlədən "Həmas"ı terrorçu
adlandırmasını pisləyib. Onlar əllərində üzərində “Müqavimət, terrorizm deyil”
şüarı yazılmış plakartlar dayışıb.
Etirazçılar ABŞ
prezidentinin sionist rejimin aclıq aksiyası keçirən fələstinli məhbuslara
qarşı cinayətlərinə laqeyd yanaşmasını pisləyib.
Qeyd edək ki, fələstinli
məhbuslar tərəfindən "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq
aksiyası 17 apreldə start götürüb. Hazırda 2000-dən çox fələstinli məhbus aclıq
aksiyası keçirir.
Aclıq
aksiyasına səbəb işğalçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi
göstərilir.
Məhbuslar, rəhbər
şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan tamamiylə təcrid
edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış
imkanlarının bərpa edilməsini tələb edir.
Xatırladaq ki,
Qəzza zolağı 2007-ci ildən işğalçı İsrail rejimi tərəfindən blokadada
saxlanılır. Qəzzanın blokadada saxlanılması bu bölgədə yaşayışı həddən artıq çətinləşdirib.
Belə ki, yoxsulluq və işsizlik Qəzzada baş alıb gedir. Tel-Əviv rejimi ötən illər
ərzində Qəzza zolağına amansız hücumlar təşkil edib. Sonuncu belə hücum 2014-cü
ildə baş verdi ki, bu təcavüz nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlılar
olan 2200-dən çox fələstinli şəhid oldu.
Hücum nəticəsində
Qəzzada infrastruktura ciddi ziyan dəyib. İşğalçı rejim Qəzzaya humanitar
yardımların aparılmasına icazə vermir. / Mide.Az